AzTehsil.com


Xəbərlər
29 mart 2017
3 055


ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi



ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

 

Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə məsləhətçi Ji Huanın rəhbərlik etdiyi Çin konsaltinq şirkətinin nümayəndə heyəti arasında beynəlxalq "Tianboya” təhsil sahəsində görüş keçirilib.
 
Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov qonaqlara ADU ilə Çinin aparıcı universitetləri arasında tələbə mübadiləsi, təhsil və elm əlaqələrinin genişlənməsi və Çin dili kursları haqqında məlumat verib.
 
Qonaqlar ABŞ və Avropada tələbə və məktəb mübadiləsi proqramlarının həyata keçirilməsi ilə bağlı öz təcrübələrini paylaşıblar.
 
Tədbirdə əməkdaşlığın inkişafı istiqamətində, xüsusilə ADU-da çinli gənclərin Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmasına, həmçinin azərbaycanlı iştirakçıların Çin dilində bilik səviyyəsinin artırılmasına imkan yaradan yay düşərgələrinin təşkil olunması barədə fikir mübadiləsi aparılıb.
 
moderator.az



Загрузка...