İraq məktəblərində rus dili icbari tədris olunacaq
İraqın Təhsil nazirliyinin (TN) qərarı ilə bu ölkənin məktəblərində rus və ispan dilləri icbari məktəb proqramına daxil edilib.
Aztəhsil.com xəbər verir ki, idarədə hesab edirlər ki, bu fənnlər uşaqları vacib biliklərlə zənginləşdirmək qabiliyyətinə malikdir və buna görə, həmin fənnlər üzrə imtahanlar keçirilməyəcək.
«Nazirliyin noyabrın 12-də keçirilmiş iclasında «rus dili» və «ispan dili» fənləri bilikləri zənginləşdirən hesab olunub. Bu zaman, həmin fənnlər imtahana çıxarılmayacaq»– nazirliyin mətbuat xidməti xəbər verir.
Beləliklə, idarə «müasir tədris predmetləri»nin tətbiqini davam etdirir və şagirdləri izafi yükləyən «lazımsız» fənnlərin sayını azaltmağa çalışır.