AzTehsil.com


Xəbərlər
03 aprel 2017
4 187


Əvvəlki illərdə məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək



Əvvəlki illərdə məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək

 

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.
 
Aztehsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) idarədə aparılacaq. Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
 
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  3, 4, 5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər. Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.



Загрузка...