AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
24 yanvar 2018
3 172


Təhsil sahəsində böyük dəyişiklik: Bəzi ali məktəblər birləşdiriləcək



Təhsil sahəsində böyük dəyişiklik:  Bəzi ali məktəblər birləşdiriləcək

Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən çıxarılaraq, vergilər naziri təyin edilməsindən iki aya yaxın vaxt ötsə də, ölkənin ən strateji sahələrindən biri sayılan Təhsil Nazirliyinə rəhbər təyinatının reallaşdırılmaması çoxsaylı müzakirələrə yol açıb.


Aztəhsil.com mia.az-a istinadla xəbər verir ki, nazir təyinatının gecikməsinə əsas səbəb yeni təyinatdan sonra təhsil sektorunda aparılması planlaşdırılan geniş struktur dəyişiklikləri ilə bağlı mühüm islahatlar paketinin hazırlanmasıdır.


Məlumatda bildirilir ki, islahat layihəsində orta məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün geniş və çoxsaylı tədbirlərdən tutmuş, peşə ixtisas məktəblərinin aidiyyəti nazirliklərin himayəsinə verilməsi, ali məktəbələrə qəbul mexanizminin təkmilləşdirilməsi və təhsil sektorunda korrupsiyanın kökünün kəsilməsi kimi vacib məsələlər də yer alıb.

 

Məlumatlı şəxslərin iddiasına görə, layihədə həyata keçirilməsi nəzərdə tutulan ən əhəmiyyətli işlərdən biri də oxşar ixtisaslı, eyni profilli dövlət ali məktəblərinin birləşdirilməsi və bəzi ali məktəblərdəki korrupsiyanın kökünün kəsilməsi üçün sərt cəza tədbirlərinə əl atılması olacaq. Təyin ediləcək yeni təhsil naziri isə, həm də bu prosesi apara biləcək gücdə və xarakterdə olmalıdır.


Bildirilir ki, büdcə vəsaitlərinə qənaət etmək və idarəetməni təkmilləşdirmək məqsədiylə bir neçə dövlət ali məktəbinin birləşdirilməsi hələ Mikayıl Cabbarov təhsil naziri işləyərkən gündəlikdə olub. Ancaq birləşdiriləcəyi gözlənilən dövlət ali məktəblərinə rəhbərlik edən şəxslərin öz postlarını itirməmək üçün nazirə bu və ya digər formada müqavimət göstərmələri, eləcə də birləşmiş məktəblərə rəhbər kimi irəli sürülən bəzi namizəd-rektorların fəaliyyətlərində özlərini doğrultmaması və ilkin yoxlama-təftiş zamanı xeyli qüsurların aşkarlanması prosesi ləngidib.

 

Məsələn, hələ Mikayıl Cabbarovun vaxtında büdcədən xeyli "pul aparan” və Bakıda böyük maddi-texniki bazaya malik 3 böyük ali məktəbin - Texniki Universitetin (TU), Memarlıq və İnşaat Mühəndisləri Universitetinin (MİMU) və Dövlət Neft və Sənaye Universitetinin (DNSU) birləşdirilməsi layihəsi mövcud olub. Hətta birləşmiş nəhəng universitetə Dövlət Neft və Sənaye Universitetinin hazırki rektoru Mustafa Babanlının namizədliyi də nəzərdən keçirilib. Ancaq onun rektor kimi fəaliyyətinin qeyri-rəsmi yollarla təftişi ortaya xeyli maraqlı faktlar çıxarıb və siyasi hakimiyyəti onun adı üzərində durmaqdan çəkindirib:

 

"Aydın olub ki, Babanlı siyasi-ideolji baxımdan heç də mövcud hakimiyyətin siyasi kursuna sadiq və dayanıqlı fiqur deyil – qeyri-rəsmi söhbətlərdə o, mövcud hakimiyyətin, hakim komandanın ayrı-ayrı nüfuzlu təmsilçilərinin siyasi tənqidçisinə çevrilsə də, öz fəaliyyətində hədsiz dərəcədə nöqsanlara yol verib. Onun işçisi, dosent Rəna Gülmalıyevanın mətbuata şikayətindən sonra jurnalistlər üzə çıxarmışdı ki, rektor Mustafa Babanlı bu ali təhsil ocağını, faktiki olaraq, ailə müəssisəsinə çevirib. Qızı Məhsəti Babanlını universitetə müəllim, Rusif Hüseynov adlı bacısı oğlunu özünə müşavir, bacısı gəlini Cəmilə İsmayılzadəni universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Dünyaxanım adlı qardaşı qızını UFAZ-ın müəllimi təyin edib, Ədalət adlı qohumunun Azərbaycan dili kafedrasının müdiri vəzifəsini tutmasına nail olmaqla yanaşı, onlara digərlərindən artıq maaş yazdırıb. Üstəlik, işçisi, rektorun universitetin hər mərtəbəsində kafe-bufet açdıraraq, külli miqdarda qanunsuz gəlir əldə etdiyini və Vergilər Nazirliyinin buna görə onu cərimələdiyini iddia etmişdi”. 


Bu universitetdə dərs deyən müəllimlərin sözlərinə görə, Mustafa Babanlı rektor təyin olunandan indiyədək ADNSU-nun binalarının təmiri bitmək bilmir.

 

Deyilənə görə, təmir-tikinti işləri universitet büdcələrinin talanmasında çox əhəmiyyətli praktikadır və təkcə Mustafa Babanlı yox, digər rektorlar da bu "üsuldan” yararlanırlar.

 

Hələ Mikayıl Cabbarovun zamanında birləşdirilmə layihəsi hazır olan daha iki ali təhsil müəssisəsi isə Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Slavyan Universiteti (BSU) olub. Vaxtilə bir ali məktəb kimi fəaliyyət göstərən, sonradan iki universitetə ayrılan bu ali təhsil müəssisələrinin yenidən birləşdirilməsinin təxirə salınmasında həm siyasi amillər (Rusiya ilə münasibətlər səbəbindən), həm də BSU rektoru Nurlana Əliyeva ilə sabiq təhsil naziri Mikayıl Cabbarov arasındakı ziddiyyətlər böyük rol oynayıb. 


İddia olunur ki, yeni təhsil naziri təyinatından sonra bu iki ali məktəbin birləşdirilməsi nəzərdə tutulur və ADU rektoru Kamal Abdullanın birləşmiş universitetə rəhbər gətiriləcəyi gözlənilir.


Qeyd olunur ki, hakimiyyət bütövlükdə təhsil sektoruna həm də siyasi hakimiyyətin qorunub saxlanmasında önəmli rol oynayan bir sahə kimi yanaşdığından, seçkiyədək təhsil naziri postuna movcud iqtidara sədaqəti ilə sınaqdan çıxmış və təhsil işini bilən kadrın gətirilməsində və onun əliylə, ali təhsil müəssisələrinə "ticarət obyeki” kimi baxan rektorların cəzalandırılmasında maraqlıdır.


İddia olunur ki, artıq vəzifəsindən uzaqlaşdırılmaqla, hətta həbslə cəzalandırılacaq rektorların siyahısı da hazırdır və yeni nazir təyinatından sonra prosesə start veriləcək.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Mikayıl Cabbarov Vergilər Naziri oldu

Mikayıl Cabbarov Vergilər Naziri oldu

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

Təhsil naziri təyinatı niyə gecikir?

Təhsil naziri təyinatı niyə gecikir?

Yeni təhsil naziri - Fərəh Əliyeva olacaq

Yeni təhsil naziri - Fərəh Əliyeva olacaq

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Mikayıl Cabbarov Təhsil Naziri vəzifəsindən çıxarıldı - SƏRƏNCAM

Mikayıl Cabbarov Təhsil Naziri vəzifəsindən çıxarıldı - SƏRƏNCAM

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

Təhsil sistemində bu yüksək vəzifələr boşdur - SİYAHI

Təhsil sistemində bu yüksək vəzifələr boşdur - SİYAHI

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Təhsil Naziri bu şəxs təyin edilə bilər

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

"Nazir təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır" -EKSPERT

"Nazir təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır" -EKSPERT