AzTehsil.com


Xəbərlər
07 dekabr 2017
9 875


Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?



Təhsil naziri vəzifəsinin hələlik boş qalması kimin bu posta təyin olunacağına dair müxtəlif versiyalar irəli sürməyi zəruri edib.


Aztəhsil.com palitika.az-a istinadən xəbər verir ki, nazir vəzifəsinə hazırkı müavin Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov iddialıdır. 


Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.


Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi.


Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilməsi yuxarıda adı çəkilən üç nəfərin səfərbər olmasına gətirib çıxarıb.


M.Abbaszadə artıq iki nazir yola salıb və həmişə təhsil sistemindəki geriləməni Misir Mərdanovla Mikayıl Cabbarovun üzərinə yıxıb. 


Ceyhun Bayramov isə maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır və şansları yüksək qiymətləndirilir. 


Rektor Elmar Qasımova gəlincə, onun çoxdan nazir olmaq arzusu var. Amma bu günə kimi siyasi rəhbərliyin razılığı olmayıb. 


Bəzi məlumatlara görə, M.Cabbarovun yerinə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov gələcək. 


Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə isə yeni rektorun kim olacağı hələ məlum deyil. Lakin bu versiya inandırıcı görünmür.


Məsələyə siyasi tərəfdən yanaşan ekspertlər bildirir ki, 2018-ci il seçki ili olduğundan prezidentin idarəetmədə ciddi dəyişikliklər edəcəyi, qarşıdakı aylarda 2 və ya 3 naziri də yeniləyəcəyi, habelə icra başçılarının bir çoxunun dəyişdiriləcəyi gözlənilir. 


Görünən budur ki, dövlət rəhbərliyi 2017-ci ildən daha ciddi start götürən kadr dəyişikliklərini genişləndirir.


Aztəhsil.com xəbər verir ki, artıq Təhsil Nazirliyinin kulislərində Mikayıl Cabbarovun sələfi kimi təhsil nazirinin müavini olan Ceyhun Bayramovun adı hallanır. 


Ona bu məsələdə hökumət daxilində ciddi dəstəyinin olduğu da deyilir. O, hazırda nazirin "sağ əli” kimi fəaliyyət göstərirdi və nazirlik daxilində faktiki olaraq əsas söz sahibi kimi göstərilir.


Mikayıl Cabbarov və Azər Bayramov tərəfindən ən yüksək səviyyədə dəstəklənən Ceyhun Bayramovun yaxın ətrafını Təhsil Nazirliyində müxtəlif vəzifələrdə irəli çəkib. 


Buna baxmayaraq, Ceyhun Bayramovun təhsil sisteminə heç bir faydası dəymir. Əlbəttə nazirlikdə baş alıb gedən korrupsiyanı nəzərə almazsaq.


Mikayıl Cabbarov nazir keçəndən sonra Misir Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb.


Beləliklə, nazirlikdə öz komandasını formalaşdıran Cabbarov özünə yaxın bəzi şəxsləri yüksək vəzifələrə təyin edib. 


Bu da təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına səbəb olub. Çünki həmin insanların bir çoxunun təhsillə heç bir əlaqəsi yoxdur.


Aparılan araşdırmalar göstərir ki, nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 1-ci müavini təyin edib. 


Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir. Bundan əvvəl isə o, "İçərişəhər" Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın "JEK" rəisi imiş.


Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur. Ceyhun Bayramov da nazirin yaxın dostudur. 


Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir. Məlumat üçün qeyd edək ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 


Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 


1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub. 


O, Mikayıl Cabbarovla "Çto? Qde? Koqda?" yarışmasında bir komandada mübarizə aparıb. Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Naziri bu şəxs təyin edilə bilər

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Təhsil Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib

Təhsil Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Mikayıl Cabbarov Vergilər Naziri oldu

Mikayıl Cabbarov Vergilər Naziri oldu

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Mikayıl Cabbarov Təhsil Naziri vəzifəsindən çıxarıldı - SƏRƏNCAM

Mikayıl Cabbarov Təhsil Naziri vəzifəsindən çıxarıldı - SƏRƏNCAM

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Bakı məktəblərinin I sinfinə qəbul üçün 43 min uşaq qeydiyyatdan keçib

Bakı məktəblərinin I sinfinə qəbul üçün 43 min uşaq qeydiyyatdan keçib

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Thomas Crown və Azərbaycan təhsili???...

Thomas Crown və Azərbaycan təhsili???...

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post