"Nazir təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır" -EKSPERT
Milli Məclisin elm-təhsil məsələləri komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov dünən vəzifəsindən azad olunan Mikayıl Cabbarovun fəaliyyətini dəyərləndirib.
Aztəhsil.com xəbər verir ki, Şahlar Əsgərov Mikayıl Cabbarovun nazir təyinatından sonra təhsildə bir sıra yeniliklər baş verdiyini bildirib:
"Mikayıl Cabbarov məktəbi müəllimin daimi iş yerinə çevirdi. Saxta diplomlara göz yummadı. Rüşvəti dayandırdı. Bəzən qeyri standart qərarlar qəbul etdi. Bir çox universitetlərimiz yaxşı mənada çox dəyişdi. "Narxoz” UNEC-ə çevrildı. Təhsilin keyfiyyətində müsbət dəyşiliklər baş verdi. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir”.
"Yeni nazir hansı keyfiyyətlərə sahib olmalıdır?” sualına isə professor belə cavab verib:
"Yeni nazir, təhsilin problemlərini bilən olmalıdır. Ancaq ondan da mühüm bir şərt var: ictimai mənafeni (dövləti mənafeni) şəxsi mənafedən üstün tutmağı bacarmalıdır. Təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır”.