Son günlər ölkə mətbuatının gündəmini yenə intiharlarla bağlı məlumatlar zəbt etdi.Gözlədikləri nəticəni əldə edə bilməyən 2 abituryentin intihar etməsindən sonra bir çox mətbuat vasitələri imtahan sualların guya çətin olması ilə bağlı məqalələr dərc etdirirlər. Əslində isə problemin kökündə imtahan suallarının çətin olması deyil , gənclərimizin böyük bir hissəsində mənəvi-psixoloji durumunun yerində olmaması,məktəblərimizdə təhsil mühitinin aradan qalxması və digər ciddi səbəblər durur.
Tanınmış psixoloq Limunət Əmrahlı özünün facebook səhifəsindən cəmiyyətin bütün təbəqələrinə müraciət ünvanlayaraq problemin həllini birgə tapmağa və aradan qaldırmağa səsləyib .
Həmin yazını sizə təqdim edirik :
"Cəmiyyət olduqca ağır durumdadır. Böhran yalnız iqtisadi sahələri deyil varlı və kasıbın, sağlam və xəstənin mənəvi aləmini də sarıb. Gənclərimizin durumu bir vətəndaş olaraq məni çox narahat edir. Nələri isə dəyişməliyik. Bacardığımız qədər onların özünəgüvənliyini artırmalıyıq. Onlar öz xoşbəxtliklərini kütləvi şəkildə xarici ölkələrdə deyil, Azərbaycanda axtarmalı və tapmalıdırlar.
Bütün vətənsevər ziyalılarımızdan xahiş edirəm. Cəsarətli olun. Çıxış yolu axtaraq. Şəxsi karyeramızı deyil, genefondumuzu düşünək. İctimai komissiya yaradaraq problemin fəlsəfi-kultiuroloji-psixoloji -pedaqoji-sosial aspektdən həli yollarını axtaraq. Əgər bunu etməsək, övladlarımıza və onların övladlarına qoyacağımız Vətən bu Vətən olmayacaq."