Xəbərlər
19 mart 2018
4 395


Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

 

Oksford Universitetinin proqnozuna görə, yaxın gələcəkdə – 20 il içərisində yox olmağa məhkum olan peşələr var.

Aktuallığını itirən sənət-peşə sahələri ilə yanaşı, gələcəkdə ən çox ehtiyac duyulacaq ixtisaslar da araşdırılıb.

Aztehsil.com Oxu.az-a istinadən bu araşdırmanın nəticələrini təqdim edir:

Gələcəkdə yox olacaq peşələr:

Telemarketinq 
Dəzgahdar
Laboratoriya texniki 
Sürücü
Satış menecerləri
Mühasib
Əmlakçı 
Həkimlər istisna olmaqla, xəstəxana əməkdaşları

Gələcəkdə aktuallığı artacaq sənət sahələri:

Psixoloq və psixoterapevt
Din xadimliyi 
İdman müəllimliyi 
Diş həkimliyi

Gələcəyin peşələri:

Analitik 
Kompüter mühəndisliyi 
Genetika mühəndisliyi 
E-idman oyunçuluğu
Ekoloq 
Hipertəhlükəsizlik mühəndisliyi.

Maraqlıdır, görəsən, Azərbaycanda hansı peşə sahələri aktuallığını itirəcək?

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir və bunun nəticəsində təhsil sistemində geriləmə baş verir:

"Təəssüflər olsun ki, bu gün Azərbaycan ali məktəbləri hələ də əmək bazarının tələblərinə uyğun olmayan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirirlər. Hazırda geniş iş imkanları olan informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, geoloji kəşfiyyat, ekologiya ixtisaslarına abituriyentlərin marağı aşağıdır.

Göründüyü kimi, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir. Halbuki, qərbdə artıq gələcəyin peşələri müəyyənləşdirilir və bu istiqamətdə kadrların hazırlanması üzrə hazırlıqlara başlanılır.

Belə peşələrdən biri mikroflora üzrə mütəxəssislərin yetişdirilməsidir. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkiblərini müəyyən edəcək, həmçinin dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər.

Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn, evlərin damında, qazonlarda və s. əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikroferma mütəxəssisləri peyda olacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi peşə sahələrinin aktuallığını itirmə səbəbi ali və özəl təhsil müəssisələrinin günün tələbinə uyğunlaşmaması ola bilər:

"Azərbaycanda bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikroferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis, ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, on illərlə geni dəyişdirilmiş malların kütləvi axını barədə həyəcan çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır.

Problemin kökündə dayanan əsas səbəb Azərbaycan ali məktəblərinin, xüsusilə də özəl ali məktəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi.

Bunun nəticəsidir ki, hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır. Hesab edirəm ki, ali təhsil müəssisələri də dövrün trendinə uyğun olaraq islahatlar aparmalıdır.

Daha ənənəvi xarakter daşıyan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmək lazım deyil. Hal-hazırda universitetlərimizin bir çox ixtisasına qəbul ya dayandırılmalıdır, ya da qəbul sayı azaldılmalıdır.

Əsasən, aqronom, baytar, zootexnik, meşəçilik, balıqçılıq, maşınqayırma, gəmiqayırma kimi ixtisaslara ali təhsil üzrə kadr hazırlığı dayanmalıdır, hüquqşünas, müəllimlik, iqtisadçı kimi sahələr üzrə kadr hazırlığına qəbulu ciddi şəkildə azaltmaq lazımdır. Çünki əmək bazarında bu ixtisaslar üzrə kifayət qədər böyük sayda diplomlu, amma işsiz şəxs var”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"TƏLƏBAT OLMAYAN İXTİSASLARIN KADR HAZIRLIĞI DAYANDIRILMALIDIR !"

"TƏLƏBAT OLMAYAN İXTİSASLARIN KADR HAZIRLIĞI DAYANDIRILMALIDIR !"

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

" Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq..."

" Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq..."

Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir

Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?