AzTehsil.com

Xəbərlər / Kitabxanaçı
25 dekabr 2017
2 534

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib.

Təqdimatı İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova edib. G.Əhədova kitabxanada mövcud olan eksiklopediyalar haqqında geniş məlumat verib.

Qeyd olunub ki, yunan sözü olan, biliklər dairəsi mənasını verən ensiklopediyalar öz məzmununa görə universal, universal-milli və sahəvi biliklər üzrə yaradılır. Ensiklopediyalarda materiallar əlifba sırası ilə, tək-tək hallarda isə mövzuya görə düzülür. Universal ensiklopediyalarda ümumi bilgilər əks olunur, xüsusi ensiklopediyalarda isə bir sahə üzrə mövzular dərinliyinə qədər izahını tapır. Ensiklopediyaların yaranma tarixi barədə geniş məlumat verən təqdimatçı tərəfindən Azərbaycanda nəşr edilən ensiklopediyaların xronoloji ardıcıllığı göstərilib.

G.Əhədova MEK-in Nadir kitab fondunda bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyaların slaydlı təsnifatını çatdırıb. Rus dilində XIX əsrdə Brokqauz və Efron tərəfindən nəşr olunmuş 82 cilddən ibarət ensiklopedik lüğət, XIX əsrdə nəşr olunan 44 cildlik "Qranat", 1875-ci ildə ingilis dilində nəşr edilmiş 20 cilddə "Britanika", 1944-cü il nəşri olan 28 cilddən ibarət Amerikan ensiklopediyası, London nəşri olan 14 cildlik "Yeni universal ensiklopediya", alman dilində 1977-ci ildə nəşr olunmuş 15 cildlə "Mayerin yeni lüğəti", fransız dilində isə "P.Larousse" "Qrand ensiklopedi", "Universales" ensiklopediyaları, 1994-cü ildə nəşr edilən 22 cilddən ibarət "Dünya kitabı" ensiklopediyaları oxucuların tez-tez müraciət etdiyi biliklər məcmuəsidir.

Daha sonra Azərbaycan Milli Ensiklopediyasından, onun çox dəyərli vəsait olmasında bəhs edilib. Qeyd olunub ki, ensiklopediyada ölkənin bütün həyatı, elm və mədəniyyət sahəsi, iqtisadi inkişafı, dövlətimizin qazandığı nailiyyətlər əks olunub. Cildlərin hazırlanmasında Azərbaycan Respublikasının nazirlikləri, komitələri və digər dövlət qurumlarının təqdim etdiyi materiallardan istifadə edilib.

"Musiqi dünyası” jurnalının baş redaktoru, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Tariyel Məmmədov müasir dövrdə multimedia janrına daha çox üstünlük verildiyini, musiqiyə aid ensiklopediyaların tərtibatında bu məsələyə diqqət yetirdiklərini bildirib. Alim, kitabxanaya Azərbaycan, rus və ingilis dillərində işlənmiş yeni nəşrləri "İzahlı səs-söz lüğəti”, "İzahlı muğam lüğəti” kitablarını hədiyyə edib. Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı Nazim Tapdıqoğlu təqdimatda adı çəkilən, müəllifi olduğu "Xocalı toponimləri və Xocalı faciəsi qurbanları: qısa ensiklopedik məlumat kitabı”nda yer alan mövzuların araşdırılması prosesindən danışıb. Müəllif Azərbaycanın müxtəlif bölgələrinə aid bir neçə ensiklopedik kitabını da MEK-ə hədiyyə edib.

"Şərq-Qərb” nəşriyyatının direktor müavini Sevil İsmayılova təqdim olunan ensiklopedik ədəbiyyatın böyük əksəriyyətinin təmsil etdiyi nəşriyyatda çap edildiyini bildirib. Azərbaycan Milli Ensiklopediyasının kitabxana müdiri Leyli Abbasova rəhbərlik etdiyi kitabxanada xidmətin yaxşılaşdırılması üçün bütün ensiklopedik materialların toplanılmasının vacibliyinə diqqət yönəldib.

Tədbirin sonunda Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova bildirib ki, fondda olan ensiklopedik mənbələrə sistemli şəkildə yanaşmaqda və təqdim etməkdə məqsəd vəsaitləri oxucuların diqqətinə çatdırmaqdır. Direktor kitabxananın qarşısına qoyduğu strateji hədəfdən, Milli Rəqəmsal Yaddaş layihəsindən və onun üstünlüklərindən söhbət açıb.

L.İmanova Azərbaycanın tarixinə və mədəniyyətinə aid zəruri vəsaitlərin bu bazada öz əksini tapması üçün müəlliflərdən, tərtibçilərdən kitabların Azərbaycan dili ilə yanaşı digər vacib dillərdə də yazılmasının və elektron variantda kitabxanaya təqdim edilməsinin vacibliyinə diqqət çəkib. L.İmanova Mərkəzi Elmi Kitabxananın Azərbaycan kitabxanaları arasında ilk müəllif hüquqü imzalayan kitabxana olduğunu qeyd edib.

İşğal edilmiş torpaqlarda müharibənin qurbanı olan və Xocalıda qətlə yetirilən insanların tam siyahısının Milli Rəqəmsal Yaddaş bazasına salınması, Vikipediyada dəqiq əks olunması üçün müəllifləri əməkdaşlığa dəvət edən L.İmanova kitabxanada multimedia fondunun da zənginləşməsi barədə danışıb və yaxın gələcəkdə fondda toplanan materialların təqdim ediləcəyini bildirib.

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

Загрузка...
Həmçinin oxuyun:
Mərkəzi Elmi Kitabxanada oxucular ən çox hansı mənbələrə müraciət edirlər?

Mərkəzi Elmi Kitabxanada oxucular ən çox hansı mənbələrə müraciət edirlər?

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

MEK qədim xəritələrin təqdimatını keçirib

MEK qədim xəritələrin təqdimatını keçirib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub