AzTehsil.com


Xəbərlər
02 dekabr 2017
2 296


ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə



ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) "Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda tanınmış jurnalist və yazıçıların tələbələrlə diskussiyası keçirilib.


Məlumata görə, diskussiyada ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov, tanınmış jurnalist, publisist İlham Tumas, şair Qismət Rüstəmov, yazar Mirmehdi Ağaoğlu və Çinarə Ömray iştirak ediblər. 


Açılış nitqi ilə çıxış edən təşkilatçı Tural Cəfərli və Tural İsmayılov mövzu ilə əlaqədar qısa məlumat verib və qonaqları auditoriyaya təqdim edib. 


Yazıçı Mirmehdi Ağaoğlu son illər telekanallarda ədəbiyyatın təbliğatının olmamasından danışıb. O, ədəbiyyatın təbliğinin daha çox saytlarda aparıldığını və yaxşı yazıların sosial şəbəkələrdə müzakirələrə səbəb olduğunu bildirib:

 

"Ədəbiyyat nə qədər çox təbliğ olunarsa, o qədər də gündəm olar. Bu gün ədəbiyyatın çox az müzakirə olunmasının başlanğıcı ötən əsrin 90-cı illərindən başlayıb. Ədəbiyyata həsr olunmuş televiziya proqramlarının mövcudluğu, sözsüz ki, onun müzakirə mövzusu olmasına səbəb olacaq”. 


M.Ağaoğlu ədəbiyyatın gündəmə gəlməsi üçün yetərincə mövzunun olduğunu da vurğulayıb. 


Yazıçı Çinarə Ömray da həmkarının sözləri ilə razılaşdığını bildirərək, ədəbiyyatın təbliğinin daha çox saytlarda aparıldığını bildirib:

 

"Ədəbiyyat gündəmdə deyil ki, bu gün bu mövzunu müzakirə edirik. Əgər gündəmdə deyilsə, niyə oxucudan çox yazıçı var? Ədəbiyyatın təbliğatı saytlarda aparılır. Amma buna baxmayaraq, oxucular azdır”. 


Tanınmış jurnalist, publisist İlham Tumas ədəbiyyatın gündəm olmaması mövzusunun dünyanın müxtəlif ölkələrində müzakirə olunduğunu söyləyib: "Ədəbiyyatı oxucuya məcbur sırımaq olmaz. Zəifdirsə, inkişaf etdirmək lazımdır. Bu gün bu müzakirələr dünyanın müxtəlif ölkələrində aparılır, ən böyük ədəbiyyat yaratmış xalqlarda da var. Əslində ədəbiyyat var, hər şey qaydasındadır. Sadəcə, bir az oxucu qıtlığımız var”. 


İlham Tumas akademik Kamal Abdullanın "Gizli Dədə Qorqud” əsərindən sitatlar gətirərək, klassik bir dastandan möhtəşəm bir əsərin yaranmasından bəhs edib:

 

"Həmin əsərdə bizim klassik dastanımız olan "Kitabi-Dədə Qorqud”a Kamal Abdullanın gözü ilə baxırdıq. "Gizli Dədə Qorqud” ilk dəfə işıq üzü görəndə Azərbaycanda böyük bir əks-səda doğurmuşdu. Sözügedən əsərdə bizə qaranlıq qalan sualların cavablarını da tapmaq olur. Klassik dastanımızdan yeni bir əsər yaranırsa, demək ki, ədəbiyyat da var”. 


Şair Qismət Rüstəmov ədəbiyyata yeni formatların gətirilməsinin vacibliyindən danışıb:

 

"Bu gün əsərlər də yazılır, kitab təqdimatları da keçirilir, amma problemin ortaya çıxmasına səbəb formatın düzgün qurulmamasıdır. Əsas problemlər də nəşriyyat sistemindədir. Nəşriyyatların heç biri saytlarla, redaksiyalarla əməkdaşlıq etmir. Yeni çap olunmuş kitablar barəsində oxucular məlumatlı olmur. Bu da oxucu qıtlığına gətirib çıxarır”.




Загрузка...
Həmçinin oxuyun:
ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb

Onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb

Azərbaycan Dillər Universitetində yeni formatda dərslərin təşkilinə başlanılıb

Azərbaycan Dillər Universitetində yeni formatda dərslərin təşkilinə başlanılıb

İfaları ilə gündəm yaradan müəllim və şagirddən açıqlama: "İstədim ki, belə bir səsin olduğunu hamı bilsin" - VİDEO

İfaları ilə gündəm yaradan müəllim və şagirddən açıqlama: "İstədim ki, belə bir səsin olduğunu hamı bilsin" - VİDEO

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

Azərbaycanın ilk rok-operası yazıldı

Azərbaycanın ilk rok-operası yazıldı

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Elif Şafakın bu kitabını yüz ildən sonra da oxuyacaqlar

Elif Şafakın bu kitabını yüz ildən sonra da oxuyacaqlar

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Şərəfli adlar sahibi

Şərəfli adlar sahibi