AzTehsil.com


Xəbərlər / Yazarlar / Müəllim
18 noyabr 2017
2 955


32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!



32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

İnsanlar, onların düşüncələri, bilik və bacarıq qabiliyyətləti, həyat tərzi, seçim etdiyi peşələr müxtəlif olur. Lakin hamını birləşdirən ümumi dəyərlər, ümumi bir anlayış vardır. Vətən, Xalq vətənpərvərlik anlayışları. Vəzifəsindən asılı olmayaraq hər birimiz Vətənimizə xidmət etməliyik. Vətənə xidmətin sərhəddi olmaz.

 

Həkim insan həyatını xilas etdikcə vətəninə xidmət etmiş olur, idmançı qazandığı hər bir qələbə ilə vətəninə xidmət edir, müəllim elm öyrətdiyi şagirdlərin zəkasını və dünyagörüşünü artırdıqca, şagirdlərə həyati bacarıqlar aşıladıqca vətəninə xidmət etmiş olur. Vətəninin, xalqının sağlam, düşüncəli, bacarıqlı gələcəyinə zəmanət vermiş olur. Bütün peşələr gərəklidir. Lakin müəlllimlik daha məhsuldar, daha vacib bir peşədir.  


Bütün cahan müəllim adının qarşısında baş əyir. Həyat boyu sınanmış həqiqətdir ki, müəllim sözünə, müəllim öyüd nəsihətinə qulaq asmayan heç bir kəs lazım olan məqsədinə nail olmamışdır. İnsanın layiqli vətəndaş kimi yetişməyində müəllimlərin əvəzsiz xidmətləri vardır. Müəllim - bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir... 


Hər birimizin həyatında danılmaz müəllim əməyi var. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Həmin insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz bu əməyinin yetirmələridir. 


Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.

Əgər bir müəllim öz peşəsinə məsuliyyətsiz yanaşarsa bir cəmiyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qoyar.

 

Şagirdlərimizi savadlı, sərbəst düşüncəli və öz mövqeyi olan şəxsiyyətlər kimi yetişdirməliyik. Sənətindən asılı olmayaraq hamımız tutduğumuz vəzifəni ilk olaraq sevməliyik ki, sənətimizin peşəkarı olaq. Peşəkarlıq, özünə inamın olması, ədalətlilik prinsipləri və bir də başlıcası Vətənini ürəkdən sevmək yaxşı müəllim olmağın sirlərindəndir. 


İstedadlı və zəhmətkeş insanlar barəsində söz açmaq, yazı yazmaq olduqca maraqlı və məsuliyyətli işdir. Maraqlıdır ona görə ki, haqqında  bəhs etdiyin insan zəngin mənəvi keyfiyyətlərə malikdir və sən bu keyfiyyətləri vurğulamaqdan qürur duyursan. Məsuliyyətlidir ona görə ki, söz açacağın insan barəsində dəqiq və ətraflı məlumatlara malik olmalısan, həmçinin də cəmiyyətə ötürəcəyin informasiyalar yetərincə əhatəli olmalıdır. Nə xoş ki, haqqında ürəklə danışa biləcəyimiz, əməyini işıqlandırmaqdan yorulmayacağımız əsil müəllimlər vardır. Əsl müəllimlər əsasən yaradıcı olurlar. Çətin və şərəfli peşəsində böyük sevgi və xüsusi diqqətlə yanaşan, yaradıcı, əsil zəhmətkeş müəllimlərimizdən biri də Ziba Məmmədovadır.


- Məmmədova Ziba Əziz qızı 17 noyabr 1957-ci ildə Tovuz Rayonunun Aşağı Quşçu kəndində, ziyalı ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində Kimya Biologiya ixtisası üzrə ali təhsil  alıb. 1985-ci ildən etibarən Ağsu rayon Kəndoba kənd orta məktəbinə təyinat alaraq müəllim işləməyə başlayıb. Həmin ildən etibarən Kəndoba kənd Tam orta məktəbində Kimya-Biologiya müəlliməsi, müxtəlif illərdə isə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Sözügedən kollektivdə olduqca dolğun, səmərəli pedaqoji fəaliyyəti və yüksək əxlaqi keyfiyyətləri ilə kolleqalarının və tələbələrin dərin hörmət və etimadını qazanmağa nail olub. 32 illik pedaqoji fəaliyyyəti dövründə hər zaman rayonun qabaqcıl müəllimi kimi sayılıb-seçilib, rayonumuzun təhsil sahəsində əvəzsiz xidmətlər göstərmişdir.


Dərs dediyi şagirdlərin hər biri Ziba müəllimi öz anası, sevimli müəlliməsi və həyatda örnək götürə biləcəyi bir nümunə kimi xarakterizə edir. Xüsusi ustalıqla nümayiş etdirdiyi açıq dərslər məktəb kollektivinin və şagirdlərin diqqətini öz üzərinə, çəkərək uzunmüddətli müzakirələrə səbəb olur. Ümumilikdə konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etməyi bacarır. O, peşəkar pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə, xüsusi yaradıcılığa malikdir.

 

Ucqar kənd məktəbində işləməsinə baxmayaraq, Ziba müəllimə ixtisası ilə əlaqədar biologiya gecələri və Vətənpərvərlik mövzusunda da bütün tədbirləri yüksək səviyyətə qeyd edib, vaxtaşırı olaraq mətbuatda işıqlandırmışdır. Çalışdığı məktəbdə hə il Milli Qəhrəmanlarımız barəsində irimiqyaslı tədbir keçirir, məktəblilərə və tədbirə gəlmiş qonaqlara Azərbaycan və Azərbaycançılıq məfkurəsindən geniş söz açır. Ziba müəllimənin bu fəallığı və əzmkarlığı, maraqlı və məntiqli ideyalara malik olması dövlətimizin də diqqətindən yayınmadı.

 

2017-ci idə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə l qrant müsabiqəsində "Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsi ilə qalib gəldi. Ziba müəllimənin layihə üçün müraciət etdiyi mövzu olduqca vacib, prioritet məsələlərdən biridir. O, bir cəmiyyətin gələcək bəlalardan xilas olması üçün bu gün məsuliyyətsiz yanaşılan problemlə mübarizə  aparır və bu mübarizəni Ağsu rayonunun bütün ümumtəhsil məktəblərində aparır.

 

Bu da o deməkdir ki, Ziba müəllimənin layihə çərçivəsində apardığı mübarizə rayonumuzun bütün məktəblərini və məktəbliləlrini əhatə edir, o böyük bir cəmiyyətin gələcək sağlamlığına zəmin yaradır. Hal-hazırda Ziba müəllimə rayonumuzun 20-dən artıq qabaqcıl müəllimini bir araya toplayaraq onlarla bir yerdə Bəşəri bəla olan erkən evliliyin bioloji fəsadları mövzusunda mübarizə aparır, maarifləndirici tədbirlər həyata keçirirlər.  Ziba müəllimə sıradan bir müəllim deyil. O mübariz, cəsarətli, uzaqgörən, yüksək əxlaqi keyfiyyətlərə malik ziyalıdır.


Onun  mətbuatda elmi-metodiki yazılarla, həmçinin də vətənpərvər mövzuda çıxışları olur.  Müəllim işlədiyi ilk vaxtlardan  etibarən təhsilinə, zəkasına, dünyagörüşünə  güvənərək  atdığı hər bir addımında inamla irəliləyib. Elə bu inamın nəticəsidir ki, çalışdığı ilk illərdən bu günə qədər  Rayon Təhsil Şöbəsinin və Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bir neçə dəfə fəxri fərman və diplomları ilə təltif edilib,  rayonun qabaqcıl müəllimi kimi iki dəfə fəxri-fərmanla təltif edilib.  2012-ci ildə Ağsu Rayon İcra Hakimiyyəti və 2015-ci ildə Ağsu rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.


Şagirdləri ilə qurduğu səmimi ünsiyyət və məhsuldar təlim prosesi Ziba müəllimənin işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından xəbər verir. O peşəkarcasına müəllim-şagird və məktəb Valideyn münasibətlərinin tənzimlənməsində uğur əldə etməyi bacaran müəllimlərimizdəndir. Şagirdin şəxsiyyətinə hörmət edən müəllimə şagirdin inamı artır. Ziba müəllimə bu inamı və sayğını qazandığı üçün bu 32 illik pedaqoji fəaliyyətində dərs dediyi hər bir şagirdinin sevimli müəllimi olmuş və bu gün də keçmiş məzunların onun barəsində ağız dolusu danışmasına səbəb olmuşdur.  O, dövrümüzün tələblərinə uyğun olaraq tədris prosesində müasir təlim metodlarından geniş istifadə edir. 


Noyabr ayının 17-də Ziba müəllimin doğum günüdür. Biz də müəlliməni bu münasibət ilə səmimi qəlbdən təbrik edir, ona uzun və sağlam ömür yolu, həyatda möhkəm can sağlığı, davamlı yaradıcılıq uğurları, işlərində bol-bol şanslar diləyirik. Arxada qoyduğunuz şərəfli və qürurverici 60 il hələ bundan sonra neçə-neçə gənc müəllimlərin örnək götürəcəyi bir nümunədir. Doğum gününüz mübarək, Ziba müəllim! Üzərinizə vəzifə olaraq götürdüyünüz və xüsusi peşəkarlıqla icra etdiyiniz müqəddəs müəllimlik yolunda, çətin və şərəfli peşənizdə nailiyyətlər qazanmağınızı arzu edirik. Hər zaman üzünüz gülsün!

Mətləb Nuriyev,

Ağsu Rayon Təhsil Şöbəsinin Metodisti




Загрузка...
Həmçinin oxuyun:
Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

Müəllim kimdir ?

Müəllim kimdir ?

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.