AzTehsil.com


Xəbərlər
06 noyabr 2017
2 203


Gözləriniz sizin haqqınızda nə deyir?



Gözləriniz sizin haqqınızda nə deyir?

Böyük gözlər:

 

Bu şəxslər öz hislərini açıq şəkildə ifadə edir. Gülməkdən çəkinmir, hətta bunu ehtirasla edirlər. Bu bir müddət sonra onun ətrafındakı şəxslərə də yansıyır. O səmimi, cəlbedici, hay-küylü və komplekssizdir. Şəxsiyyətinə toxunacaq halla qarşılaşsa sizə qarşı verbal aqressiya göstərəcək. Halbuki, normalda insanları onunla ünsiyyətə girməyə təhrik edir. O qətiyyən utancaq deyil. Təbii, ağıllı, zərifdir. Sözü üzə deyir. Özgüvənlidir. Bütün bu qeyd olunanlar insanlarda ona qarşı istək yaradır.


Mənfi tərəfi: Hadisələri şişirdərək danışmağı sevir (xüsusilə də özü haqqında danışarkən).

 

Qeyd etmək lazımdır ki, müsbət tərəfləri mənfi tərəflərindən daha çoxdur.


Kiçik gözlər:


Az danışan qapalı insanlardır. Əslində bu onun "tam” olmasından və özgüvənindən irəli gəlir. Onların belə bir devizi var:

 

"Danışırsansa tutarlı bir işlə bağlı danış, boşuna havanı korlama”. Dəqiq insandır, güclü və iradəlidir. Cəmiyyət içində önəmli yeri var. Kənardan sakit və soyuqqanlı görünsə də hər şeyi müşahidə edir. Ehtiyyatlı və təmkinlidir. Hər hansı bir problemi öyrənmək üçün sual vermir, özü analiz edib tapır (bu proses onların çox az vaxtını alır). Qısqancdır. O heç cürə anlamır ki, digər insanların da azadlıqları var. Hətta ən yaxınlarının da…




Загрузка...