Nazir: “Müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir”
“Növbəti iki il ərzində müəllimləri sertifikasiya imtahanından keçirməklə onların maaşını artırmağa çalışacağıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir:
“Bu, mənəvi cəhətdən düzgün deyil. Amma müəllim normal olaraq dərsdən sonra şagirdi ilə məşğul ola bilər”.