Emin Əmrullayev: “Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb”
“2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə 75 min tələbə qəbulu nəzərdə tutulur”.
Aztehsil.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb.