Emin Əmrullayev: “Əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, əməkhaqqı artımından sonra istək çoxalıb”
“Bu gün məktəblərdə 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır”.
Aztehsil.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi:
“Amma əməkhaqqı artımından sonra istək çoxalıb. 2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır”.