Azyaşlı bacılara valideynləri tərəfindən işgəncə verilib – FOTO
Bakıda azyaşlı bacılar valideynləri tərəfindən zorakılığa məruz qalıblar.
Bu barədə Bizim.media-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə Xətai rayonunda yaşayan azyaşlı qızlar həm ana, həm də ataları tərəfindən şiddətə məruz qalıblar:
“Qızlar ötən gün Sosial Xidmətlər Agentliyinin əməkdaşları və polislərin iştirakı ilə sığınacağımıza yerləşdiriliblər. Biri 9, digər 5 yaşında olan normal uşaqdırlar. Zorakılığın səbəbi ilə bağlı Sosial Xidmətlər Agentliyi hazırda qiymətləndirmə aparır.
Ola bilsin ki, valideynlərin psixi durumu yerində deyil. Ailədə 6 aylıq daha bir körpə var”.
Mehriban Zeynalova qeyd edib ki, sığınacağa yeni yerləşdirilən azyaşlıların hər ikisi tibbi müayinədən keçirilib:
“Bacılarla hazırda psixoloqlar işləyirlər. Onların bir neçə tibbi müayinəsi keçiriləcək”