Dövlət İmtahan Mərkəzinin ləğv edilməsi xəbərinə nazirdən REAKSİYA
Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin ləğv edilməsi və səlahiyyətlərinin nazirliyə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aztehsil.com-un məlumatına görə, nazir bu barədə tədris ilinə dair media üçün keçirdiyi brifinqdə açıqlama verib.
“Yayılan xəbərlər barədə mən heç nə deyə bilmərəm. Bunlar hamısı Prezidentin səlahiyyətində olan məsələlərdir”, - deyə nazir əlavə edib.