AzTehsil.com


Xəbərlər
31 avqust 2023
829


Ali məktəblərin qəbul planı 94 faiz dolub




Dövlət İmtahan Mərkəzi avqustun 30-da 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.


Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6 592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1 389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93,94% dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.


Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3 100 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1 550 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12,27% daha çox plan yeri ayrılıb. İxtisas qrupları üzrə ayrılıqda baxsaq bu il hətta I ixtisas qrupunda 23,30%, IV ixtisas qrupunda 15.56% artım var idi. Beləliklə, abituriyentlərin dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib və onlar müəyyən ixtisaslar üzrə ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə də ödənişsiz oxumaq imkanına malik olurlar. Bununla bağlı gözləntilər əvvəlcədən var idi.


İxtisas seçimindən öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən canlı yayımlar zamanı müsabiqə vəziyyəti təhlil olunub və ixtisas qrupları üzrə abituriyentlərin topladıqları ballara əsasən şansları qiymətləndirilib. Müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik.


Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98,35%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (2 985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2 731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93,74%, 94,36% və 91,19% dolub.

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1 557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.


Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100%, 23 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80%-dən çox dolub.


Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 1 665 nəfər daha çoxdur. Subbakalavrlar say etibarilə daha çox Mingəçevir Dövlət Universiteti (586 nəfər) Azərbaycan Texniki Universitetinə (490 nəfər), Lənkəran Dövlət Universitetinə (453 nəfər) və Azərbaycan Texnologiya Universitetinə (432 nəfər) qəbul olunublar. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 54,10%-nin, Naxçıvan Müəllimlər İnstituna qəbul olunanların 51,03%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 41,10%-nin subbakalavrlar olduğunu görərik.


Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.


Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.




Загрузка...
Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Kimlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur

Kimlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil statistikası - 2019

Təhsil statistikası - 2019

İxtisas seçmək hüququ olan abituriyent 15-dək ixtisas kodunu qeyd edə bilər

İxtisas seçmək hüququ olan abituriyent 15-dək ixtisas kodunu qeyd edə bilər