AzTehsil.com


Xəbərlər
20 iyun 2023
594


Professor Bəşir Əhmədov fenomeni




XX əsrin 70-90-cı illərində Azərbaycan pedaqoji elminin canlı əfsanəsinə çevrilən pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədov (5 may 1932 – 19 iyun 2007)  haqq dünyasına qovuşsa da həmkarlarının, tələbələrinin və onu sevənlərin yaddaşında yaşayır. Bu da təbiidir. Millət sevdiyi insanları yaddaşında saxlayır. Ümumiyyətlə, insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan insanlar durur, bu ölənlər də hələ yaşayır- fikirlərdə, xəyallarda, təsəvvürlərdə.


Professor Bəşir Əhmədov da belə insanlardan biridir. Azərbaycan pedaqoq-alimlərini müxtəlif təşbehlərlə xarakterizə ediblər: “ Pedaqogika elminin patriarxı”, “Pedaqoji elmin qızıl sacayaqları”, “Pedaqogika elminin cəngavəri”, “Pedaqogika elminin sütunları” və s. Elə təşbeh və obrazlı ifadə forması var ki, onu ancaq Bəşir Əhmədovun adının önünə yazanda daha tutumlu, daha məzmunlu və həqiqəti əks etdirmiş olur: “Cəsarət və mərdlik rəmzi”,  “Qeyri standart düşüncə sahibi” və s. Bu ifadələr elə bil ki, Bəşir Əhmədovun boyuna biçilib. Bəşir müəllim elmi-pedaqoji fəaliyyətində ciddiliyi, geniş elmi eridusiyası, məhsuldarlığı, səmimiliyi, zarafatçıllığı, cəsarətliyi ilə seçilən alimlərdən biri idi. Onun xəmiri xeyirxahlıqdan yoğrulmuşdu, lüğətində “yox” sözü yox idi. Tovuz rayonunun Alakol kəndinin təbiətini varlığına hopdurmuşdu. Yüksək əxlaq və fəzilət sahibi idi. Cəlaləddin Ruminin aşağıdakı fikirlərini cəsarətlə onun həyat kredosu hesab etmək olar. C.Rumi yazırdı: “Qüsurları örtməkdə gecə kimi ol, sirr saxlamaqda ayna kimi ol, şəfqət və mərhəmətdə günəş kimi ol, təvazökarlıqda torpaq kimi ol, hiddət və əsəbilikdə ölü kimi ol, comərdlikdə və yardım etməkdə axar su kimi ol, ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Bəşir Əhmədov olduğu kimi görünən insan idi. Həm yaradıcılıq istiqamətini, həm də iş yerini tez-tez dəyişsə də təmkinini, müvazinətini heç vaxt itirmədi. Harada oldusa lider olmağa çalışdı. Universitet təhsilində filoloq-tələbə kimi “Lenin tərbiyəsi uğrunda” qəzetinin fəal müxbirlərindən birinə çevrildi, ədəbiyyatşünaslığın və dilçiliyin müxtəlif problemləri ilə bağlı məqalələr yazan istedadlı, gənc tədqiqatçı kimi tanındı. Əli Bayramlı şəhərində pedaqoji təcrübə topladıqdan sonra o dövrdə Pedaqoji Akademiya adlandırılan Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil oldu. Qısa bir müddətdə Azərbaycan EA-nın müxbir üzvü, prof.Ə.Dəmirçizadənin  rəhbərliyi ilə “Beşinci sinifdə Azərbaycan dili fonetikasının tədrisi” mövzusunda namizədlik, 1967-ci ildə isə prof. Ə.Abdullayevin elmi məsləhətçiliyi ilə “Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əasası kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 35 yaşında Azərbaycan dilçiliyində və metodika elmində səlahəhiyyətli söz sahibinə çevrildi. Təhsilşünaslıq, dilçilik və onun tədrisi metodikası ilə bağlı yeni istiqamətli, yeni məzmunlu, ənənəyə və müasirliyə söykənən əsərlər yazmağa başladı. Hər bir yazısı yaxşı mənada böyük səs-küyə səbəb oldu. Müasirləri olan müqtədir alimlər – Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Əlövsət Abdullayev, Əzəl Dəmirçizadə yaradıcılıq uğurlarına görə onun fikirlərini təqdir etdilər. Beləcə Bəşir Əhmədov daşlı-kəsəkli elm yolunda şöhrətin uca zirvəsinə doğru irəlilədi. Dostları, xeyirxahları artdıqca qeyri-obyektiv mühakimələr yürüdən bədxahları da çoxaldı. Göy üzünə daş atanlar Bəşir Əhmədovu tənqidi yazıalarına görə sıxışdrmağa başladılar.


O dövrdə  M.F.Axundov adına APDİ-nin rektoru işləyən görkəmli metodis-alim Ağamməd Abdullayev onu instituta kafedra müdiri və professor vəzifəsinə dəvət edir. Burada da o, qələmini yerə qoymur, dilçi alimlər arasında sınaq yazıları aparır, imla, inşa, ifadə yazdırır. Tənqidi ruhlu məqalələri ilə respublika mətbuatında çıxışlar edir. Yenidən təqiblər və təzyiqlər başlanır. Bəşir Əhmədova “yazma” dedikcə, bir-birindən sanballı, maraqlı, orjinallığı və yeniliyi ilə seçilən əsərlər yazır. Bəşir Əhmədovu APDİ–dan  uzaqlaşdırmaq istəyənlər  onun kafedrasının fəaliyyətini dayandırır və  onu  V.İ.Lenin adına APİ-yə göndərir. Bir müddət yarım ştat dilçi, yarım ştat pedaqoq kimi fəaliyyət göstərən Bəşir Əhmədov mərhum Əhməd Seyidovun yerinə Ümumi pedaqogika kafedrasına müdir vəzifəsinə təyin olunur. Yeni müdirin tələbkarlığı, yenilik axtarışları bəzilərini razı salmır, süni problem yaradılır. Problem institut partiya komitəsində müzakirəyə çıxarılır… Yaranmış gərgin situasiyada Bəşir Əhmədov öz ərizəsi ilə işdən getməyi üstün tutur. O, fəaliyyətini Xarici Dillər İnstitutunda davam etdirməli olur. Səkkiz ilə yaxın bir müddətdə o, burada pedaqogikadan mühazirələr oxuyur. Tale elə gətirir ki, o, buradan da getməli olur. 1984-cü ilin sentyabr ayında M.F.Axundov adına APRDƏİ-nin  (indiki Bakı Slavyan Universiteti) Azərbaycan dili və ədəbiyyatı kafedrasına müdir vəzifəsinə  seçilir. Bu, onun son rəsmi vəzifəsi olur. Ömrünün sonuna qədər həmin kollektivə rəhbərlik edir.


Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru, professor  Bəşir Əhmədovun yaradıcılığı çox şaxəlidir. O, Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika ilə bağlı 33 kitabın, 600-dən artıq elmi-pedaqoji və publisistik yazının müəllifidir. Onun hansı sahədə daha çox uğur qazanmasını demək çətindir. O, həm görkəmli dilçi, həm görkəmli metodist, həm  də görkəmli  pedaqoq alimdir. Bəşir Əhmədovun  pedaqogikanın  nəzəri problemləri ilə bağlı yazdığı yüzlərlə məqalə və 2 kitab (“ Pedaqogikanın qanunları və prinsipləri”, “Pedaqogikadan mühazirə konspektləri”) pedaqogika elmini zənginləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.


Elmi-nəzəri və praktik əhəmiyyətinə görə seçilən  “ Pedaqogikanın qanunları və prinsipləri (1993)” monoqrafiyasında o, pedaqogika elmində özünün tam elmi həllini tapa bilməyən pedaqoji “qanun“, “qanunauyğunluq“, “prinsip” problemlərini təfərrüatı ilə aydınlaşdırmağa çalışmış, problemin sistemli tədqiqinə təşəbbüs göstərmiş və buna nail olmuşdur.


Monoqrafiyada pedaqoji qanunların 90- cı illərə qədərki tədqiqləri ardıcıllıqla şərh edilmiş, məlum fikirlərə münasibət bildirilmiş, polemikaya geniş yer verilmişdir. Pedaqoji prosesin məqsədinin ictimai münasibətlərin xarakterinə, səviyyəsinə və inkişaf tendensiyasına hökmən uyğunluğu qanununun, məqsədin çevrilməsi və diferensiasiya-inteqrasiya edilməsi qanununun, aşılanmalı keyfiyyətlərin (məzmunun) pedaqoji prosesin məqsədinə hökmən uyğunluğu qanununun, metodun vasitəyə, nəticənin metoda hökmən uyğunluğu qanununun, kompozisiya qanununun, tərbiyə prosesinin vahidliyi qanununun, şəxsiyyətin optimal formalaşması və qarşılıqlı nizamlama qanunlarının mahiyyəti açıqlanmış, zəngin faktlara əsaslanan nəzəri fikirlər söylənilmiş, xeyli elmi fikir sistemə salınmışdır. Prinsiplər tədqiqatın son mərhələsi yox, onun nəticəsidir-ideyasınıəsas götürən tədqiqatçılar təlim prinsiplərinə tədris prosesinin tənzimləyicisi kimi diqqət yetirmiş, təlimin spesifik qanunlarını, prinsiplərini ardıcıllıqla şərh etmiş, tərbiyə prosesinin qanunlarını, hərəkətverici qüvvələrini, ümumpedaqoji qanunlardan irəli gələn bəzi məsələlərin mahiyyətini açıqlamağa çalışmışlar. Monoqrafiyada bəzi mübahisəli məsələlər olsa da ilk ciddi tədqiqat əsəri kimi maraq doğurur və böyük nəzəri-praktik əhəmiyyətə malikdir. Ümumiyyətlə isə pedaqoji qanun və qanunauyğunluqların, prinsiplərin, kateqoriyaların dəqiqləşdirilməsində, ifadə olunmasında, təsnifatında, sistemləşdirilməsində prof.Bəşir Əhmədovun xidmətləri xüsusi  ilə təqdirəlayiqdir.  Onun A.Rzayev ilə birgə qələmə aldığı “Pedaqogikadan mühazirə konspektləri” (1983) dərs vəsaiti 80-ci illərdə pedaqogikadan tədris ədəbiyyatının hazırlanmasında yeni bir mərhələnin başlanğıcı oldu. Bu kitabda bütün bölmələr və fəsillər yeni məzmunda, yeni üslubda oxuculara təqdim edildi. Dərs vəsaitinə yeni mövzular və fəsillər (pedaqoji prosesin ümumi prinsipləri, təlimin texniki vasitələri, proqramlaşdırılmış təlim, şagirdlərin hüquq və cinsi tərbiyəsi və s.) mövzular daxil edildi. Tam orjinallığı ilə seçilən bu əsər uzun müddət tələbələrin və tədqiqatçıların stolüstü kitabı olmuşdur. Prof.B.Əhmədovun pedaqogika elminə gətirdiyi yenilikləri aşağıdakı kimi qruplaşdırmaq olur:  1) təlim­də müəllimə həqiqi müstəqilliyin verilməsi, onun yaradıcı fəaliyyətinin təqdir olun­ması zəruriliyi; 2)dərsin yeni strukturu haqqında; 3)biliyi qiymətləndirməyə yeni baxış; 4)öyrənməyi öyrətməyin zəruriliyi haqqında; 5)pedaqoji prosesin obyektiv qanunlarının müəyyənləşdirilməsi; 6) pedaqoji prosesin dialektik zidddiyyətlərinin müəyyənləşdirilməsi; 7)təlimlə yanaşı, peqaoji  prosesin ikitərəfli proses olmasının əsaslandırılması; 8) “pedaqoji sövq” anlayışının şərhi; 9) pedaqogikada “hüceyrə” anlayışının şərhi; 10) tərbiyənin öyrədici xarakterə malik olması; 11) təlimdə testlərdən istifadənin zəruriliyi; 12) dərsin diskusiya şəklində təşkilinin zəruriliyi; 13) tərbiyənin sinfi xarakter daşımamasının əsaslandırılması və s.


Bənzərsiz və orjinal pedaqoji təfəkkür sahibi olan istedalı alim Bəşir Əhmədovun həyatı axtarışlar və düşüncələrlə bağlı olmuşdur. O, Azərbaycan pedaqoji elmində öz sözü və izi olan çox az alimlərdən biridir. 100-ə yaxın elmlər namizədi və doktorunun yetişməsində bilavasitə əməyi var. Kiməsə elmi rəhbər, kiməsə opponent kimi rəy verib, elm yolunun bələdçisi olub. O, mənim həm namizədlik, həm doktorluq dissertasiyalarımın müzakirəsində, həm  də ayrı-ayrı vaxtlarda keçirilən kitablarımın təqdimetmə mərasimində  ürəklə iştirak edənlərdən, xeyir-dua verənlərdən biri olub. Bakı Qızlar Universitetində səkkiz il bir yerdə işləmişik. Həmişə ondan səmimiyyət, meribançılıq, xeyirxahlıq görmüşəm. Məni görəndə həmişə deyərdi: «Abbas kişinin oğlu necəsən?»  Axı, onun da atasının adı Abbas idi. Atalarımızın adının  Abbas olması aramızda böyük yaş fərqi olmasına baxmayaraq bizi doğmadan doğma, yaxından yaxın etmişdi. Artıq bir neçə ildir ki, o cismən aramızda yoxdur, haqq dünyasına qovuşub. Allah rəhmət eləsin.


Fərrux  Rüstəmov


ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,


 pedaqoji elmlər doktoru,  professor, Əməkdar  elm xadimi




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Birincilərin birincisi

Birincilərin birincisi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Dərsin müasirliyinin psixopedaqoji sirləri

Dərsin müasirliyinin psixopedaqoji sirləri

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır