BŞTİ: 2022-2023-cü tədris ilində 362 nəfər işə qəbul hüququ qazanıb
2022-2023-cü dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqələr keçirilib.
BŞTİ-dən bildirilib ki, müsabiqələrdən müvəffəqiyyətlə keçən 114 psixoloq, 143 laborant, 44 kitabxanaçı, 17 kitabxana müdiri, 23 uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri (ümumilikdə 362 nəfər) işə qəbul hüququ qazanıb.