Niyə universitetlərimiz rəqabətə davamlı deyil-İlham Əhmədov
Təhsil naziri bu vəzifəyə yeni təyin ediləndə tez-tez deyirdi ki, mənə problemlərdən danışın, məişət səviyyəsində olan məsələlərdən yox.
Həqiqətən də təhsildə problemllər çoxdur və aybaay da artır. Amma nazirliyin özünün təhsildə olan sistem xarakterli problemlərdən danışdığını, onları necə həll etdiyini eşitmədik, verilən təkliflərin nəzərə alındığını da görmədik. Təhsildə olan sistem xarakterli problemlər onların gündəliyində yoxdur, çünki, bu problemlər aysberqin görünməyən tərəfidir, bunu görmək isə asan deyil.
Təhsildəki ciddi problemlərdən biri də bu sahədə qəbul edilmiş dövlət proqramlarının hazırlanması, icrası və monitorinqi ilə əlaqədardır. Təcrübə göstərir ki, təhsilə dair strategiyalar və dövlət proqramlarının əksəriyyəti keyfiyyətsiz və yarımçıq hazırlanır, maliyyələşməsi qeyri şəffaf olur və natamam olur, icrası səriştəsiz adamlara həvalə olunur. Heç bu proqramların icra nəticələrinin monitorinqi də aparılmır.
Təbii ki, belə dövlət proqramları təhsilə fayda verə bilməz. Bu natamam dövlət proqramlarından biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır (https://e-qanun.az/framework/40711).
Proqrama nəzər yetirməzdən əvvəl gəlin görək, universitetlərin rəqabətədavamlığı nədir? Beynəlxalq təcrübədə universitetlərin rəqabətədavamlığı meyarları təxminən belə təyin edilib:
1. Universitetdə təhsilin keyfiyyət səviyyəsi (yəni, universitet ENQA - Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının akkreditasiyasından keçibmi?)
2. Universitetdə aparılan elmi- tədqiqatlar və onların nəticələrinin kommersialaşdırılması səviyyəsi necədir?
3. İşəgötürənlərin ATM məzunlarına olan tələbatı.
4. Universitetin qlobal reytinqlərdə yeri
5. Universitetin əsas ixtisaslar üzrə reputasiyası
6. Büdcə hesabına təhsil alan tələbələrin sayı
7. Tələbələrin xaricdə təhsil imkanları (tələbə mobilliyi)
8. Universitet yataqxanalarında yerlərin sayı
9. Universitetin rəqəmsal transformasiya vəziyyəti
10. Universitetin distant təhsil imkanı
Bu meyarlarla dövlət proqramına nəzər salsaq görərik ki, proqramda universitetlərin rəqabətədavamlılığı ideyası çox zəif əks edilmişdi. Bu səbəbdən proqram universitetlərimizin rəqabətədavamlığını təmin edə bilməzdi. Belə təsəvvür yaranır ki, bu proqramı hazırlayanlar universitetlərin rəqabətədavamlığı anlayışı barədə zəif təsəvvürə malik olublar. Ona görə də proqramı universitetlərimizin rəqabətədavamlığını yüksəldə bilmədi. Şübhəsi olan yuxarıdakı 10 meyara bir daha baxsın.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsil mürəkkəb dinamik sistemdir

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Distant təhsilə doğru ilk addımlar

Təhsil islahatı: 30 ayda nə dəyişdi? İlham Əhmədov

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Pedaqoji Lüğət

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Çox maraqlı və zəngin təhsil yolu.

Metodbirləşmələr

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında