Ötən il sertifikasiyadan kəsilən 2803 müəllim üçün ayrıca imtahan keçiriləcək
“Ötən il keçirilən sertifikatlaşdırılmada uğursuz nəticə göstərən ibtidai sinif müəllimləri üçün bu il ayrıca imtahan təşkil olunacaq”
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib:
“Bu il iyunun 20-24 tarixlərində keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin digər qismi üçün nəzərdə tutulub.
Məlum olduğu kimi, keçən il sertifikasiya imtahanından keçə bilməyən müəllimlər üçün təlimlər təşkil olunub. Təlimlər yekunlaşdıqdan sonra həmin müəllimlər təkrar sertifikasiyaya cəlb olunacaq. Bu imtahanın tarixi isə təxminən iyul ayının sonu, avqust ayının əvvələri elan olunacaq”.
Qeyd edək ki, ötən il 2803 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilib.