Lənkəranda 40 ildir fəaliyyət göstərən məktəb indiyədək əsaslı təmir olunmayıb - VİDEO
Lənkəranın üzümçülük qəsəbəsində yerləşən orta məktəb binası sanki hansısa bir istixananı xatırladır.
Şəhid Asəf Əmrahovun adını daşıyan məktəb 1983-cü ildə tikilib. Burada həmçinin uşaq bağçası da yerləşir. 40 ildir fəaliyyət göstərən məktəbdə indiyədək əsaslı təmir işləri aparılmayıb.
Buna görə də hazırda qəzalı vəziyyətə düşüb.
Qəsəbə sakini Əlövsət Əhədov binanın yararsız vəziyyətdə olması səbəbindən iki nəvəsini uşaq bağçasına gətirə bilmədiyindən şikayətlənir: “Qorxumdan onları şəhərə aparmalı oluram”.
Orta məktəb binasının qəzalı vəziyyətdə olmasından aidiyyəti qurumlar da xəbərdardır. Lənkəran-Astara Təhsil İdarəsinin əməkdaşı Sabir Əliyev deyib ki, yaxın dövrdə sözügedən məktəbin tam təmir olunması nəzərdə tutulub.
Daha ətraflı Baku TV-nin süjetində: