AzTehsil.com


Xəbərlər / Müəllim
04 may 2023
738


Nazirlik məktəblərdə idman zallarının fəaliyyətinin dayandırılması təkliflərinə münasibət bildirib




“Ümumtəhsil məktəblərində idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək”.


Bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib.


Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin idman zalları fiziki tərbiyə fənninin tədrisi, həmçinin dərsdən sonrakı vaxtlarda müxtəlif idman növləri üzrə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlığının qorunması və inkişaf etdirilməsi, bu sahədə kütləviliyin təmin olunması, uşaqların idmana olana marağının artırılması məqsədilə istifadə olunur:


“İdman zallarının bağlanılması bu sahədə səmərəliliyin azalmasına, uşaqların idmandan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan, məktəblərdə idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək”.


Bildirilib ki, nazirlik sistemində 76 uşaq-gənclər idman-şahmat məktəbi fəaliyyət göstərir:


“Onlardan 20-si Elm və Təhsil Nazirliyinin birbaşa, 56-sı regional təhsil idarələrinin tabeliyində işləyir. Bu müəssisələr idmanın müxtəlif növləri üzrə kütləviliyin təmin edilməsi, təhsil müəssisələri arasında yarışların təşkili və keçirilməsi, müəssisələrə metodiki köməkliyin göstərilməsi istiqamətində fəaliyyət göstərir.


2022-23-cü tədris ili üçün olan məlumata əsasən, qeyd olunan məktəblərdə idmanın 29 növündə 346 bölmə üzrə 2 452 məşqçi-müəllim və 4 271 qrup fəaliyyət göstərir, qruplarda 60 minə yaxın idmançı məşğul olur (idman növləri: şahmat, futbol, sərbəst güləş, voleybol, yunan-Roma güləşi, boks, stolüstü tennis, cüdo, basketbol, ağır atletika, sambo, badminton, atletika, taekvondo, akrobatika gimnastikası, həndbol, dama, karate, üzgüçülük, qılıncoynatma, idman gimnastikası, batut gimnastikası, kikboksinq, avarçəkmə, tamblinq, tennis, bədii gimnastika, veloidman, atıcılıq)”.


Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.


Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.


Hadisədən sonra məktəblərdə idman zallarının istifadəsi ilə bağlı müzakirələr başlayıb, bəzi valideynlər onların fəaliyyətinin dayandırılması təklifini səsləndiriblər.




Загрузка...
Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Tərbiyənin metodları

Tərbiyənin metodları