AzTehsil.com


Xəbərlər
16 mart 2023
806


"Ali təhsil müəssisələrinə qəbul sistemində problem var" - Ekspertlər TƏKLİF VERDİLƏR




"Ali təhsil müəssisələrə qəbul sistemində problem var".


Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.


O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:


"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur".


Nazirin məsələyə baxışından yanaşsaq, ali təhsil müəssisələrinə qəbul sistemində nələrin dəyişməsinə ehtiyac duyulur?

Mövzu ilə bağlı AzEdu.az-a tanınmış təhsil mütəxəsisi Nadir İsrafilov danışıb:

 "Dünyada baş verən proseslər heç şübhəsiz ki, sosial, iqtisadi və mədəni inkişafın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də cəmiyyətin tələblərinə müvafiq dəyişikliklər, yeniliklər aparılmasını qaçılmaz edir. Milli Məclisin Elm və təhsil komitəsinin Elm və Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi qanun layihəsinin ictimai dinləməsində iştirakçılar tərəfindən fəallıq göstərildi və müvafiq təkliflər irəli sürüldü. İctimaiyyət nümayəndələri tərəfindən sosial mediada obyektiv və subyektiv fikirlər səsləndirildi. Bunlar bir daha göstərdi ki, istər təhsilin orta-ixtisas, ali, doktorantura səviyyələrində, istər kvalifikasiya artırılması, diplomların tanınması, qəbul qaydaları, ali təhsil müəssisələrinin akademik muxtariyyəti və dəgər vacib sahələrdə hələ də həllini gözləyən xeyli problemlər var.



Bu problemlərin bir çoxu müstəqilliyimizin ilk illərində ölkənin sosial, iqtisadi və mədəni həyatının digər sahələrində yaranan boşluqlarla müşayiət olunan və təhsilə də təsirsiz ötüşməyən keçid dövrünün bəzi fəsadları ilə bağlı olsa da, digər əksəriyyəti idarəetmədə sonradan yol verilən nöqsanlara görə meydana çıxıb. Çoxsaylı rəy və təkliflərə ayrı-ayrılıqda münasibət bildirmək bir müsahibə çərçivəsində imkan xaricindədir. Təkliflər içərisində hamı tərəfindən yekdiliklə qəbul edilə biləcək mülahizələr də var, heç də hamı tərəfindən birmənalı qarşılanmayan fikirlər də. Söz demək xatirinə söz deyənlər də digərlərindən heç də az deyil.

Elə götürək, ali məktəblərə qəbul zamanı nəzərdə tutula biləcək bəzi dəyişikliklərdən biri kimi test imtahanlarının ləğvi məsələsinə fərqli yanaşmaları... Bir vaxtlar əksəriyyət vətəndaşlarımız tərəfindən testin tətbiqi obyektivliyin, aşkarlıq və şəffaflığın qarantı kimi birmənalı şəlildə müsbət qəbul olunurdusa, sonralar bir çoxları tərəfindən testə münasibətdə müəyyən “sərinlik” yarandı. İllər ötdükcə, testlə bağlı fikirlər haçalandı. Hətta son vaxtlar ümumiyyətlə testin ləğvindən söhbət gedir. Testin müsbət tərəfləri kimi, mənfi tərəfləri daha çox hallandırılır. Hesab edilir ki, test daha çox əzbərçiliyə meyl yaradır, oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər var.


Hesab edirəm ki, hazırda söhbət testin ləğvindən yox, təkmilləşdirilməsindən, ali məktəblərə imtahansız qəbuldan yox, qəbul qaydalarının formatının dəyişdirilməsindən gedə bilər.

Çünki, testin ləğv olunması əlavə problemlər yaradacaq. Necə ki, testə keçəndə ilk vaxtlar o problemləri yaşadıq, testi ləğv edəndə də bir müddət o problemlər yaşanacaq. Biz bu gün testin ləğvinə hazır deyilik. Vəziyyətdən çıxış yolu kimi qapalı testlərə nisbətdə açıq testlərin xüsusi çəkisini tədricən artırmaqla uşaqlarda vədrişlər yaradılmalıdır. Baxmayaraq ki, bu gün açıq testlərin cavablandırılmasında da müəyyən problemlər yaşanır, bundan çəkinmək lazım deyil. Çünki bir müddət adaptasiya amili özünü göstərəcək.


Düzdür, bir vaxtlar və bu günün özündə də ixtisas seçimini o qədər mürəkkəmləşdirdik ki, 200 bal toplayan ali məktəbə daxil ola bildi, 500 bal toplayan kənarda qaldı, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşdü və s. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, nəyisə ləğv etmək deyil, mövcud olanı təkmilləşdirmək, daha da optimallaşdırmaq barədə düşünməliyik. Hər şeydən əvvəl heç olmasa ona görə ki, uzun illərdən bəri toplanmış mövcud potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilimizin forma və məzmunca yenilənməsi “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın tələbidir.


Kimin və ya kimlərinsə mövqeyinə hörmətlə yanaşsaq belə, subyektiv fikrlər əsasında ediləcək hər hansı dəyişikliklər yenə birmənalı qarşılanmayacaq və əlavə polemikalar yaradacaq. İlk növbədə orta məktəbin buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçid prosesini nisbətən sadələşdirmək olar.  Ya da ADA Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verildiyi kimi, bu hüququn digər universitetlərə də şamil edilməsi yolu ilə vəziyyəti nisbətən sabitləşdirmək olar. Nəyinsə ləğvindən yox, formatının dəyişdirilməsindən söhbət gedə bilər...".


 Təhsil sahəsindən yazan jurnalist Məzahir Məmmədli dünyanın heç bir ölkəsində bizdə tətbiq olunan qaydaların olmadığını bildirib:



"Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) yarananda o məqsədlə yarandı ki, sovet rejimindən qalan stereotipi silib atsın. Mən bu işin iştirakçısı olmuşam, məsələ belə idi ki, bu işlərin hər biri müvəqqəti görülüb, daha sonra gələcək üçün daha uyğun bir format tapılmalı idi. Dövlət İmtahan Mərkəzi bu məsələlərin heç birinə getmədi. Dövlət İmtahan Mərkəzi demək olar ki, artıq funksiyasını başa çatdırıb. Otuz ildən artıq bir müddət keçməsinə baxmayaraq, DİM heç bir yenilik edə bilmədi. Yəni əvvəlki qaydalar olduğu kimi qaldı. Son illərdə açıq tipli suallar əlavə olnub ki, bu da abituriyentlərin zərərindir. Məsələni dəfələrlə səsləndirmişik ki, DİM həm texniki yöndə, həm də test bankı kimi istifadə oluna bilməz. Bunun ikisindən birini icra etməlidir. DİM əgər qalacaqsa, o zaman testi hazırlayan ayrıca bir inisitut olmalıdır.


Həmişə bu problem orataya çıxıb, Dövlət İmtahan Mərkəzi ilə, Elm və Təhsil Nazirliyinin fikirləri üst-üstə düşmür. Elm və təhsil nazirinin də qeyd etdiyi kimi, hüquqşunas olmaq istəyən gedir sonda tarix müəllimi, yaxud humanitar sahə üzrə bir ixtisas seçməyə məcbur olur. Həkim olmaq istəyən biologiya, kimya müəllimi olur. Bu da gələcəkdə həmin ixtisas üzrə formalaşmada problem yaradır. Arzuladığı yox, ona uyğun olmayan ixtisasın sahibi olur. Bu səbəbdən, DİM-in funksiyasının başa çatdığını düşünürəm. Necə ki xaricdə - Türkiyə, Ukrayna, Rusiya, Gürcüstanda abituriyentlərə attestatla təhsil almağa imkan yaradılır, bizdə də bu şərait yaradılmalıdır. Əgər bu abituriyent oxuya bilməyəcəksə, sözsüz ki, kənarda qalacaq. Bununla biz intihar kimi halları da aradan qaldırmış olarıq".




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır