Bu il 7 milyon insan öləcək: Hava səs və tozla çirkləndirilib
Yer kürəsinin heç bir nöqtəsində demək olar ki, təmiz hava yoxdur.
Bu qlobal gündəlik hava çirkliliyi səviyyələri ilə bağlı aparılan yeni araşdırmanın nəticələrində qeyd edilib. Qlobal quru ərazisinin təxminən 99,82%-i 2,5 (PM2,5) hissəciklərinin səviyyəsinə məruz qalır. Bu hissəcikləri də tibb alimləri birbaşa ağciyər xərçəngi və ürək xəstəlikləri ilə əlaqələndirirlər. Bu faiz isə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi təhlükəsizlik həddindən dəfələrlə artıqdır. Araşdırmanın nəticələri “Lancet Planetary Health” jurnalında dərc edilib. Burada qeyd edilib ki, dünya əhalisinin yalnız 0,001%-i məqbul sayılan hava ilə nəfəs alır.
Avstraliya və Çin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qlobal səviyyədə 2019-cu ildə günlərin 70%-dən çoxunda gündəlik konsentrasiya hər kubmetr üçün 15 mikroqram qaz çirkləndiricisindən çox olub. Xüsusən də, Cənubi Asiya və Şərqi Asiya kimi bölgələrdə havanın keyfiyyəti daha pisdir.
Monaş Universitetinin aparıcı tədqiqatçısı və ekoloji sağlamlıq professoru Yuming Guo bildirib ki, havanın çirklənmə səviyyəsinin artması ciddi sağlamlıq problemlərinin yaranması qaçınılmazdır. Havanın çirklənməsi ildə 6,7 milyon insanın ölümünə səbəb olur. Vaxtından əvvəl ölümlərin təxminən üçdə iki hissəsi də bu səbəbdən baş verir. saglamolun.az