AzTehsil.com

Xəbərlər / Müəllim
03 mart 2023
6 685

Qadın müəllimlər şalvar geyinə bilər? – Rəsmi və qeyri-rəsmi REAKSİYA

Yaxşı müəllim hər zaman cəmiyyətdə nümunə sayılıb. İstər kişi, istərsə də qadın müəllimin şagirdə təsiri valideynin təsirindən üstün ola bilər. Bu baxımdan bir çox şagirdin məhz müəllimi özünə örnək götürməsi təsadüf sayıla bilməz.

Müəllimlərin geyim tərzi zaman-zaman müzakirə mövzusu olub. Bu müzakirələrə qoşulanlar müəllimlərin geyimi ilə bağlı müxtəlif fikirlər, təkliflər səsləndiriblər. Hətta vahid geyim formasına keçidi dəstəkləyənlər də olub.

Hər zaman cəmiyyətin diqqət mərkəzində olan müəllim istər-istəməz geyim-keçiminə diqqət etməyə məcburdur.

Geyim tərzindən danışılarkən qadın müəllimlərin tərzi xüsusilə gündəmə gətirilib. Əsas da qadın müəllimin şalvar geyinib-geyinməməsi.

Bəs müəllimlər necə geyinməlidir? Onlara rəsmi olaraq şalvar qadağası varmı?

 AzEdu.az sorğuya cavab almaq üçün öncə Elm və Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən saytımıza bildirilib ki, ümumtəhsil məktəblərində qadın müəllimlərin şalvar geyinməsinə hər hansı bir məhdudiyyət yoxdur.

“Bununla belə hər bir müəllimin, o cümlədən qadın müəllimlərin geyimi digərlərinə nümunə olmalıdır”, – deyə Elm və Təhsil Nazirliyindən verilən cavabda qeyd edilib.

Sözügedən mövzu ilə bağlı “İlin Gənc Müəllimi-2022” sorğu-müsabiqəsinin ilk “10-luq”unda yer alan Ülviyyə Abdulova da öz fikirlərini bildirib:

“Müəllimlər nəinki geyimində, hər addımında örnək olmalıdır. Onlar məktəbə uyğun olmayan tərzdə  geyinirsə, məsələn, qısa yubka, cins – dar şalvar, al-əlvan rəngli paltarlar və s. şagirdlərə heç də yaxşı nümunə olmayacaq. Həmçinin, bu cür geyinən müəllimlər öz şagirdlərindən də geyimlə bağlı səliqəli olmağı tələb edə bilməz. Bu tələblər davranış qaydalarında da əks olunur. Müəllimin geyim tərzi, səliqəsi davranış qaydalarına daxildir. Bu halda geyimi qeyri-etik olan müəllimlər öz şagirdlərindən də düzgün davranış gözləyə bilməz”.

Təhsil eksperti Məzahir Məmmədli müəlimlərin geyim tərzi barədə fikirlərini  bölüşüb:

“Qadın müəllimlərin geyimi ilə bağlı sosial şəbəkələrdə kifayət qədər geniş müzakirələr aparılıb. Həmin müzakirələrin nəticəsi olaraq, Bakının Sabunçu rayonunda yerləşən 67 saylı məktəbdə, pedaqoji şuranın qərarı ilə vahid bir forma seçiblər. Bu gün də 67 saylı məktəbin qadın və kişi müəllimləri məktəbə daxili qərarla müəyyən olunmuş formada gəlirlər.  Mən həmin məktəbdə olmuşam və müəllimlərə aid xüsusi formanın olması kifayət qədər nümunəvi görünür. Təcrübə göstərir ki, bu tərz şagirdlərin müəllimlərə olan münasibətinə müsbət təsir edir. Qadın müəllimlərin qısa ətək, dar şalvar, bahalı geyimi şagirdlər arasında yaxşı düşüncə formalaşdırmır”.

Ekspert müəllimlər üçün vahid formanın tədbiq olunmasını təklif edib:

“Müəllimlər üçün xüsusi forma tədbiq olunması mentalitetimiz üçün də uyğun olardı. Məsələn, Türk məktəblərində müəllimlər üçün xalat forması var. İstədikləri geyimlə gəlib, üstündən həmin xalatı geyinirlər. Yaxşı olardı ki, bizim məktəblərdə də buna oxşar tərz tətbiq edilsin”.

Загрузка...
Həmçinin oxuyun:
Təhsil ictimaiyyətindən ETİRAZ

Təhsil ictimaiyyətindən ETİRAZ

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO