AzTehsil.com


Xəbərlər / Video
15 fevral 2023
904


11-ci sinif şagirdi xilas ola bilməyəcəyini düşünüb “son videosu”nu çəkib.




Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə Adıyamandan olan gənc dağıntılar altında qalan zaman öz videosunu çəkib.


Taha Erdem zəlzələ anında yuxudan oyanıb və qaçmaq istəyərkən qapıya çırpılıb. Huşunu itirən 17 yaşlı gənc daha sonra binadakı insanların qışqırıq səslərinə oyanıb. Ayılanda üzərində dağıntıların olduğunu anlayıb. Onun ayağı dağıntılar arasında ilişib qalıb və hərəkət edə bilməyib.


11-ci sinif şagirdi olan Taha Erdem xilas ola bilməyəcəyini düşünüb və buna görə özünün dediyinə görə, “son videosu”nu çəkib.


Onun özünü lentə aldığı anlarda şiddətli afterşoklar da videoya düşüb.


“Öləcəyəm, hazırda üzərimdə tavan var. Çox peşman olduğum şeylər var. Allahım, bütün günahlarımı bağışla”, - deyə Erdem kədərini dilə gətirib.


O, həmçinin davamlı silkələnmələrin də olduğunu qeyd edib. Taha Erdem növbəti və son dəfə çıxmağa cəhd edəcəyini dedikdən sonra video sona çatıb.


Taha Erdem zəlzələdən iki saat sonra qohumlarının köməkliyi ilə dağıntılar altından çıxarılıb. Yüngül yaralanan gəncin valideynləri də xilas ediliblər.


“Zəlzələ olanda qapıya doğru getdim və başımı vurdum, yerə yıxıldım. Gözümü açanda özümü tabutun içində hiss etdim. Kürəyimdə tavan var idi. Ayaqlarım dağıntılar altında qalmışdı. İlk oyananda bunun yuxu olduğunu düşündüm. Sonra özümü xilas etmək istəyərkən dağıntılar altında olduğumun fərqinə vardım. Telefonum əlimdə idi. Özümü qısa bir videoya çəkdim. Video çəkilişi zamanı davamlı olaraq zəlzələlər olurdu. Afterşoklar çox şiddətli idi. Aşağı mərtəbələrdən səslər gəlirdi. Qonşularımızın qışqırıqlarını eşitdim”, - deyə Taha Erdem yaşadıqlarını nəql edib.


https://baku.tv/dunyaa/dagintilar-altinda-qalan-genc-son-video-sunu-ve-aftersoklari-cekdi-ozumu-tabutun-icinde-hiss-etdim




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Peşman Olacağımız Şeyləri Üzümüzə Şillə Kimi Vuran 7 İllüstrasiya

Peşman Olacağımız Şeyləri Üzümüzə Şillə Kimi Vuran 7 İllüstrasiya

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Gəncə terrorunda valideynlərini itirən Sevil: Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim...

Gəncə terrorunda valideynlərini itirən Sevil: Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim...

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Uşaqlara "bağışla" deməyi məcbur etməyin!

Uşaqlara "bağışla" deməyi məcbur etməyin!

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Rusiyada zəlzələ 18 məktəbə ziyan vurdu – FOTO

Rusiyada zəlzələ 18 məktəbə ziyan vurdu – FOTO

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

“Sabah məktəbə getməliyəm…”

“Sabah məktəbə getməliyəm…”

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Tərbiyənin növləri

Tərbiyənin növləri

Valideynlərini itirən gənclər işlə təmin edilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”