AzTehsil.com


Xəbərlər / Ekspert
03 fevral 2023
698


Qəbul imtahanları niyə günü-gündən çətinləşdirilir? - TƏHSİL EKSPERTİ AÇIQLADI




"Məlum olduğu kimi “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Dövlət qulluğu vəzifəsinin anlayışı dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanına əsasən, dövlət qulluğu üzrə kadrların seçilməsi üçün imtahanların təşkili, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət, dövlət qulluqçuları reyestrinin aparılması və digər əlaqədar funksiyalar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin səlahiyyət dairəsinə daxil edilmişdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Onun sözlərinə görə, dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir: "Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Tələb olunan şərtləri ödəyən namizədlər uğur qazanmış hesab edilir".


Nadir İsrafilov sözlərinə belə davam edib: "Test imtahanlarında vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal mərkəz tərəfindən müəyyən edilir.Test imtahanının nəticələri haqqında məlumat mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanmrn nəticələri ilə razı olmadıqda mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.


Əsas məsələ heç də dövlət qulluğuna qəbul imtahanlarına düşən sualların ağırlıq dərəcəsində deyil, baxmayaraq ki, bununla bağlı DİM rəsmilərinin öz arqumentləri var. Nəzərə alsaq ki, cəmiyyətin mənəvi-intellektual inkişafı, sağlam sosial münasibət və ünsiyyət vərdişlərinin formalaşması baxımından elmi və akademik çevrələrlə yanaşı, dövlət qulluğu korpusunun da rolu danılmazdır və dövlət qulluqçuları vətəndaşla dövlətin bilavasitə təmasını təmin edən zümrədir, fərdlərin dövlətin dəyərləri və vətəndaşlara olan münasibəti barədə qənaətləri dövlət qulluqçularının davranışları əsasında formalaşır, deməli, bu halda dövlət qulluğuna seçim zamanı namizədlərin nəzəri bilikləri ilə yanaşı, onların şəxsi keyfiyyətlərinə də xüsusi yer ayrılmalıdır.


Test imtahanından uğurla çıxan, kifayət qədər nəzəri biliklərə sahib olanlar sırasında dövlətçiliklə bir araya sığmayan əməlləri ilə gündəmə gələn “dövlət qulluqçuları”nın da az şahidi olmamışıq. Heç də əbəs yerə deyil ki, hələ ötən ilin sonunda DİM sədri Məleykə Abbaszadə açıqlamalarının birində bildirmişdi ki, "Dövlət qulluğu ilə əlaqədar çox ciddi dəyişikliklər gedir. Dövlət qulluğuna qəbul imtahanına dəyişiklik edərkən dünya standartlarına da baxırıq ki, etdiyimiz dəyişiklik bizə necə nəticə verəcək. Strategiyamız təsdiqlənib. Bu strategiya çərçivəsində biz kompetensiya modelinə keçməyi nəzərdə tuturuq." Məsələnin optimal həlli zamana bağlı olub, yaxın gələcəkdə bütövlükdə imtahan prosesinin yeniləşdirilməsin və ən yaxın vaxtlar ərzində isə təkmilləşdirilməsini qaçılmaz edir".




Загрузка...
Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Yer Günü ilə əlaqədar onlayın müsabiqə keçirib.

Yer Günü ilə əlaqədar onlayın müsabiqə keçirib.

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Ortadakı problemləri Dövlət İmtahan Mərkəzi öz mövqeyindən, valideynlər də öz mövqeyindən izah edir - ŞƏRHLƏR

Ortadakı problemləri Dövlət İmtahan Mərkəzi öz mövqeyindən, valideynlər də öz mövqeyindən izah edir - ŞƏRHLƏR

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Dövlət qulluğuna qəbulla bağlı iradlara RƏSMİ CAVAB

Dövlət qulluğuna qəbulla bağlı iradlara RƏSMİ CAVAB

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası