AzTehsil.com


Xəbərlər / D.Qulluğu
19 yanvar 2020
2 137


Dövlət qulluğuna qəbulla bağlı iradlara RƏSMİ CAVAB



 

"Dövlət qulluğu haqqında" Qanuna görə, dövlət qulluğuna qəbulun birinci mərhələsi test üsulu ilə həyata keçirilir. İkinci mərhələdə isə Dövlət Qulluğu Komissiyası, vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin iştirakı ilə video çəkilişlə müsahibəsi aparılır.

Azərbaycan cəmiyyətində dövlət qulluğuna qəbulla bağlı müxtəlif və birmənalı olmayan yanaşmalar mövcuddur. Dövlət qulluğuna qəbulun birinci mərhələsindən keçənlər əksərən ikinci mərhələni adlaya bilmirlər.

Qarşı tərəfdən aidiyyatı olmayan suallar verildiyini iddia edilir. Məhz buna görə də, bütövlükdə cəmiyyət, parlamentarilər, ekspertlər ikinci mərhələnin ləğvini təklif edirlər.

Aztehsil.com xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müsahibələrdə uğur qazanan şəxslərin müvafiq vəzifəyə təyini "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir:

"Qanunun 28-ci maddəsinə əsasən bir vəzifə üzrə bir neçə şəxs müsahibədə uğur qazanıbsa, dövlət orqanı rəhbəri onlardan birini müvafiq vəzifəyə təyin etməlidir. Mərkəz dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə uğur qazanan şəxslərin, o cümlədən vakant vəzifə üzrə uğur qazanan tək namizədin müvafiq vəzifəyə təyin edilməsi məsələsini diqqətdə saxlayır. Mərkəzin fəaliyyəti dövründə ştatların ixtisarı halı istisna olmaqla vakant vəzifə üzrə müsabiqədən uğurla keçmiş, lakin həmin vakant vəzifəyə təyin edilməyən namizəd olmayıb”.

Rəsmi məlumata görə, 2018-2019-cu illər ərzində müsahibələrdə, o cümlədən müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibələrdə iştirak edərək uğur qazanan, müvafiq dövlət qulluğu vəzifəsinə təyin edilən şəxslərin sayı 2145 nəfərdir:

"Həmin şəxslərdən 1710 nəfər müsabiqə, 435 nəfər ümumi müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilib. Dövlət qulluğuna qəbul olunan şəxslərin 1659 nəfəri müsahibə üzrə iddia etdiyi vəzifəyə, 486 nəfər öz razılığı ilə iddia etdiyi vəzifəyə analoji olan digər dövlət qulluğu vəzifəsinə təyin edilib”.

Qeyd edilib ki, bir vəzifə üzrə bir neçə namizəd müsabiqədən uğurla keçdikdə, onlardan biri təyin olunur və vəzifəyə təyin edilməyən digər şəxslər həmin orqan üzrə ehtiyat kadrlar siyahısına daxil edilir:

"Həmin şəxslər iki il müddətində ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Bildiririk ki, 2018-2019-cu illər ərzində ehtiyat kadrlar siyahısından dövlət qulluğu vəzifələrinə təyin edilən şəxslərin sayı 271 nəfərdir”.

Şəxslərin müddətli əmək müqaviləsi əsasında dövlət qulluğu vəzifələrinə təyin edilməsi məsələsinə gəldikdə, sorğuda bildirilib ki, Mərkəz tərəfindən Dövlət Qulluqçularının Reyestri Elektron Sistemi vasitəsi ilə dövlət orqanlarında vakant olan inzibati dövlət qulluğu vəzifələri mütəmadi öyrənilir:

"Vakant dövlət qulluğu vəzifələri barədə Mərkəzə məlumatın verilməməsi halları müəyyən edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görülür, o cümlədən həmin vəzifələrin tutulması barədə müvafiq qərarın verilməsi təmin edilir.

Əlavə olaraq qeyd edək ki, dim.gov.az saytı vasitəsilə daim ictimaiyyət üçün həm maarifləndirici, həm də statistik məlumatlar paylaşılır. Saytın "Dövlət qulluğu” bölməsində "dövlət qulluğuna qəbul”, "dövlət qulluğuna qəbul üzrə hesabatlar”, "ehtiyat kadrlar”, "sertifikat əldə etmiş namizədlər”, "test imtahanı proqramları”, "müsahibə elanları və vakant vəzifələr üzrə axtarış”, "müsahibə elanları” və s. altbölmələr yaradılıb və burada dövlət qulluğu ilə bağlı istənilən məlumatı əldə etmək olar”.



Загрузка...
Həmçinin oxuyun:
Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

Ən yüksək müsabiqə vəziyyəti bu dövlət orqanlarında müşahidə edilib..

Ən yüksək müsabiqə vəziyyəti bu dövlət orqanlarında müşahidə edilib..

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Bu şəxslər imtahansız işə qəbul olunacaq

Bu şəxslər imtahansız işə qəbul olunacaq

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət Qulluğuna yüksək vəzifələr üzrə test imtahanı qeydiyyatı davam edir

Dövlət Qulluğuna yüksək vəzifələr üzrə test imtahanı qeydiyyatı davam edir

Dövlət qulluğuna qəbulla bağlı DİM-dən - AÇIQLAMA

Dövlət qulluğuna qəbulla bağlı DİM-dən - AÇIQLAMA

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

“Dövlət qulluğu” jurnalının 3-cü nömrəsi nəşr olunub

“Dövlət qulluğu” jurnalının 3-cü nömrəsi nəşr olunub

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib