Ən yüksək müsabiqə vəziyyəti bu dövlət orqanlarında müşahidə edilib..
Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 22 may 2018 ci il tarixində elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb
11 dövlət orqanında 28 vakant vəzifə üzrə 22 may 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün mürəciət etmiş 61 namizəddən 23-ü müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun biliniblər. Müsahibələr Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Şirvan Apellyasiya Məhkəməsi, Hesablama Palatası, Lənkəran Ağır Cinayətlər Məhkəməsi üzrə keçirilib.