AzTehsil.com


Xəbərlər / D.Qulluğu
29 dekabr 2017
3 157


Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək



Dövlət İmtahan Mərkəzi (DİM) vakant olan 198 rəhbər vəzifə üzrə (A növü) müsahibə (müsabiqənin müsahibə mərhələsi) elan edib.


Aztəhsil.com xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, müsahibə üzrə qeydiyyat yanvarın 25-dək davam edəcək.


İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına aid Dövlət Mülki Aviasiya Administrasiyasında şöbə müdiri və şöbə müdirinin müavini, Kənd Təsərrüfatı Nazirliyi üzrə şöbə müdirinin müavini (6 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 95 vakant vəzifə müsabiqəyə təqdim olunub. Müsabiqənin müsahibə mərhələsində müvafiq vəzifələr üzrə sertifikata malik olan şəxslər iştirak edə bilərlər.


Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və yanvarın 25-dək mərkəzin portalı vasitəsilə təqdim etməlidir.


Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.


Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.




Загрузка...
Həmçinin oxuyun:
DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

İmtahanın nəticələri - AÇIQLANDI

İmtahanın nəticələri - AÇIQLANDI

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"