Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi
Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün bu gün test imtahanı keçirib.
Aztəhsil.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilir ki, saat 11:00-da başlayan və 3 saat davam edən imtahan DİM-in binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılıb.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib. Onlardan 7 namizəd imtahana gəlməyib. 56 namizəd müsabiqə şərtini ödəyərək – 55 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb. Ən yüksək nəticə toplanıla biləcək 90 baldan 83.5 bal olub.