AzTehsil.com
RU


Xəbərlər
26 dekabr 2017
4 026


Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək



Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar növbəti iclası keçirilib.


Aztəhsil.com xəbər verir ki, iclasda DİM tərəfindən 2017-ci ilin dekabr ayı ərzində keçirilmiş imtahanlar, dövlət qulluğu sahəsində görülmüş işlər, qəbul və buraxılış imtahanları ilə bağlı ölkə Prezidentinə təqdim olunacaq illik hesabat, eləcə də Avropa İttifaqının Tvinninq aləti üzrə "Azərbaycan Dövlət Qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində görülmüş işlər müzakirə edilib.


İlk növbədə, iclasda Şura üzvlərinə Prezident İlham Əliyevə 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında təqdim olunacaq illik hesabat barədə məlumat verilib. Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatın da hazırlanacağı və ölkə Prezidentinə təqdim olunacağı qeyd olunub.


Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyəti barədə sədr Məleykə Abbaszadə qeyd edib ki, 2017-ci il noyabr və dekabr aylarında inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanları keçirilib. Bu imtahanlarda 3 mindən artıq namizəd iştirak edib və onlardan ümumilikdə 1004 namizəd sertifikat əldə etmək hüququ qazanıb. İnzibati vəzifələrin A və B növləri üzrə müsabiqənin müsahibə mərhələsinə dövlət orqanları tərəfindən 1461 vakant vəzifə təqdim olunub. Daha əvvəl keçirilən müsabiqələrdən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 313 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Ehtiyat kadrların dövlət orqanlarında analoji vəzifəyə təyin olunması ilə bağlı mütəmadi iş aparılır.


Sədr dövlət orqanında vakant dövlət qulluğu vəzifəsinin müddətli əmək müqaviləsi bağlanılmaqla tutulması ilə bağlı bildirib ki, xüsusi hal olaraq vakant vəzifə üzrə əmək funksiyasının icrası zərurətinin olduğu nəzərə alınaraq, işin davam etməsi üçün həmin vəzifənin müsabiqə və müsahibə yolu ilə tutulması müddətinə kimi (əsasən 3 ay müddətinə) işçi ilə müddətli əmək müqaviləsi bağlamaq olar. Bu şərtlə ki, həmin vəzifənin müsabiqə və ya müsahibə yolu ilə tutulması üçün dövlət orqanının rəhbəri qərar qəbul etsin və bu vəzifələr müvafiq elan verilməsi üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. Bəzən elə hallar olur ki, dövlət orqanında müqavilə əsasında çalışan şəxs hesab edir ki, o artıq dövlət qulluqçusudur, lakin əslində həmin şəxs belə statusa malik olmamasından xəbərsiz olur. Artıq bu vətəndaşlar, eləcə də dövlət orqanlarında çalışan digər şəxslər "dövlət qulluqçularının reyestri” xidmətinə daxil olaraq özləri haqqında konkret məlumatlarla tanış ola biləcəklər.


Daha sonra Şura üzvlərinə Avropa İttifaqının Tvinninq aləti üzrə litvalı tərəfdaşlarla birgə həyata keçirilən "Azərbaycan Dövlət Qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, litvalı ekspertlər DİM əməkdaşları ilə layihənin komponentləri üzrə birgə fəaliyyət göstərir və dövlət orqanları üçün mütəmadi seminarlar təşkil edilir. İl ərzində keçirilmiş 6 seminar və 3 təlimə 250 nəfər dövlət qulluqçusu cəlb edilib.


İclasda digər cari məsələlər də müzakirə olunub.




Загрузка...
Həmçinin oxuyun:
Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur - AÇIQLAMA

Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur - AÇIQLAMA

DİM-in sədr müavini: "Vakant yerlərin gizlədilməsinə görə monitorinq aparılır"

DİM-in sədr müavini: "Vakant yerlərin gizlədilməsinə görə monitorinq aparılır"

Dövlət Qulluğuna imtahan vaxtı bəlli oldu- İlk müsabiqə...

Dövlət Qulluğuna imtahan vaxtı bəlli oldu- İlk müsabiqə...

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

"Dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var"

"Dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər