AzTehsil.com


Xəbərlər
06 mart 2018
2 268


Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış



 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilir.

Aztehsil.com DİM-ə istinadən xəbər verir ki, 11 yanvar 2018-ci il tarixində 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

Dövlət İmtahan Mərkəzi ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim böyük önəm verdiyi üçün Mərkəz tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı günlük yekun məlumatlar verilir.

Hər bir şəxs DİM-in saytında müsahibələrin keçirilmə qrafiki və nəticələri bölməsində nəticələrlə, ayrıca olaraq dövlət orqanı, vakant vəzifə və müsahibədə uğur qazanmış namizədlərin siyahısı ilə, eləcə də dövlət orqanları üzrə ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika ilə tanış ola bilər.

Qeyd edək ki, 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə indiyə qədər qeydiyyatdan keçmiş namizədlərlə 574 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 206 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 363 namizəd isə vəzifə uyğun hesab edilməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilmişdir. Qeydiyyatdan keçmiş namizədlərdən 355 nəfəri müsahibələrdə iştirak etməkdən imtina edib, 268 namizəd isə müsahibələrdə iştirak etməyib. 

Xatırladaq ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmamışdır. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 10, 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçmişdir. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə  iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.  

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini  buradan ləğv edə bilərlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcəkdir.



Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

Minimal balı toplaya bilməyən 200 bakalavrlar yalnız ödənişli ixtisaslar seçə biləcəklər

Minimal balı toplaya bilməyən 200 bakalavrlar yalnız ödənişli ixtisaslar seçə biləcəklər

Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək

Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Müsahibəyə gəlməyənlərin nəzərinə!

Müsahibəyə gəlməyənlərin nəzərinə!

DİM müsahibə vaxtını açıqladı

DİM müsahibə vaxtını açıqladı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

İmtahanın nəticələri - AÇIQLANDI

İmtahanın nəticələri - AÇIQLANDI

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib