AzTehsil.com


Xəbərlər / Ekspert
05 oktyabr 2022
1 271


Nadir İsrafilov: Mən o vaxt da “düz-əməlli” müəllim olmadım, daha doğrusunu desəm, olmağa qoymadılar, bu gün də müəllim deyiləm.




İndiki müəllimlərin də əlavə dərs yükü və digər qayğıları az deyil, sadəcə məzmun və formaca başqadır.

 

Bir yandan təəssüflənirəm ki, əgər belə demək olarsa pedaqoji fəaliyyətimin ilk 5 ilini müəllim işləmişəm, digər tərəfdən özümə təskinlik tapıram ki, yaşadığım ömrün 45 ilini müəllimlərin əhatəsində olmuşam. O vaxtlar üçün məktəbə getmək üçün yaş həddi 7 yaş olduğu halda, məni istisna hal kimi 6 yaşdan məktəbə qəbul ediblər. 20 yaşında artıq ali məktəbi bitirib şimal bölgələrimizin əsasən malakanların məskunlaşdığı kəndlərdən birinə təyinat almışam. Dərs dediyim şagirdlərdən təkrar sinifdə qalan ikiilliklər və müxtəlif səbəblərdən məktəbə geç gedənlərın bir çoxu ilə demək olar ki, həmyaşıd idik. Mənə müəllimdən çox, özlərinin tay-tuşu, onlara bir arxa, dərd-sərlərini bölüşə biləcək səmimi bir dost kimi baxırdılar.


Niyə görə pedaqoji fəaliyyətimin “əgər belə demək olarsa” 5 ilini müəllim işləmişəm, çünki, bu 5 ildə müəllimlikdən daha çox komsomolçuluq etmişəm. Partiya sıralarına hələ ali məktəbdə ikən daxil olduğumu nəzərə alıb, elə fəaliyyətə başladığım ilk tədris ilinin,  ilk  komsomol təşkilatının hesabat-seçki yığıncağında məni məktəb müəllim komsomol  təşkilatının katibi seçdilər. Növbəti il isə “vəzifəmi” bir az da böyüdərək,  mənə məktəbin ilk partiya təşkilatının katibi postunu -həvalə mi deyim, etibarmı deyim, fərq etməz – tapşırdılar. O gündən də başladı – bürolar, plenumlar, aktivlər, şagird istehsalat briqadaları, məhsul bayramları, nələr... nələr -  bir sözlə sonu görünməyən qayğılar. Qaldım iki daş arasında – müəllimlik edim, yoxsa “komsomolçuluq” və yaxud, “kommunistlik”...

Mənə qalan isə o oldu ki, heç olmasa müəllimliyimə göz yumub, məni “Ən yaxşı komsomolçu gənc müəllim” Ümumittifaq döş nişanına təqdim etdilər. Ucsuz – bucaqsız sovetlər birliyinin ən tanınmış nümayəndələri ilə Moskva Kremlində şəkil çəkdirmək şərəfinə layiq bildilər.


5 illk təyinat müddətimi başa vurduqdan sonra aspirantura, namizədlik minimumları, elmi axtarışlar, təhsilin aşağı və yuxarı idarəetmə pillərində irəlliləyişlər, uğurlar, uğursuzluqlar və o günlərin acılı-şirinli xatirələri.


Deməyim nədir? Mən o vaxt da “düz-əməlli” müəllim olmadım, daha doğrusunu desəm, olmağa qoymadılar, bu gün də müəllim deyiləm. Ancaq, o vaxt da müəllimlərlə bir arada oldum, onların qayğlarını bölüşdüm, bu gün də onlarla bir aradayam, onların qayğılarına şərikəm. Çünki, müdriklər demiş, “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir.” Digər tərəfdən, bildiyimiz kimi,  Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Ümummilli liderimizin təbirincə desək, “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.” 


Deməyim odur ki,  indiki müəllimlərin də əlavə dərs yükü, hamının bildiyi və sadalamağa ehtiyac qalmadığı digər qayğıları o dövrlərdəkindən heç də az deyil, sadəcə məzmun və forma dəyişib. Artıq, bu bir reallıqdır ki, bütün peşələrdən ən çox diqqət və qayğıya ehtiyacı olan peşə sahibi müəllimdir.

Fürsətdən istifadə edib, bütün müəllimlərimizi və təhsil məmurlarımızı  müəllim günü münasibəti ilə ürəkdən təbrik edir, müəllimlərimizə bu ağır, lakin ağır olduğu qədər də şərəfli işlərində səbr və  hövsələ, məmurlarımıza isə, bir balaca insaf və müəllimlərə qarşı anlaşıqlı yanaşma arzulayıram.






Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Baxış müəllimin müharibə xatirələri

Baxış müəllimin müharibə xatirələri

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Metodbirləşmələr

Metodbirləşmələr

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət