AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
25 iyul 2022
1 108


Universitetlərimizin reytinq böhranı-Dosent İlham Əhmədov




Hər il dünya universitetlərinin müxtəlif parametrlər üzrə reytinq cədvəlləri  tərtib edilir. Bu siyahıda bizim univerditetlərin adına rast gəlmək mümkün deyil. 


Bizim universitetlər niyə qlobal inkişafdan 25 il geri qalıb? Niyə heç vaxt TOP 1000 -də biz olmuruq?  Suala cavab məqsədi ilə gərək əvvəl universitetlərin  büdcələrinə görə reytinqinə baxaq, sonra da inkişaf səviyyəsinə görə reytinqinə baxaq. Onda görəcəyik ki,  büdcəsi çox olan universitetlər çox inkişaf edirlər,  büdcəsi az olan universitetlər isə zəif inkişaf edirlər. Bağa baxmasan, vaxtında sulamasan ağaclar yaşaya bilmədiyi kimi, universitetlərə də lazımi diqqət yetirilməsə,   inkişaf yönlü layihələrinə investisiya qoyulmasa inkişaf mümkün deyil. 


Bu 30 ildə TN hansı universitetin inkişaf yönlü layihələrinə investisiya qoyub? Son 10 ildə təhsil büdcəsi 3  dəfə artmasına rəğmən belə hal olmayıb. Bizim universitetlərin büdcəsi  reytinq  cədvəllərində olan universitetlərdən 10, bəzən 100 dəfə azdır. Bu 30 ildir ki,  belədir. Deməli, nə əkmişiksə, onu da biçirik.


Bu məsələ ilə əlaqədar kiçik tarixi ekskurs edək.


Reytinq cədvəlləri 2004-cü  ildən tərtib edilir. Reytinq cədvəlləri müxtəlif parametrlər üzrə olur: Universitetlərin Saytlarına görə,  elmi tədqiqat nəticələrinə görə, çap aktivliyinə görə, məzunların işlə təminatına görə, təhsil istiqamətləri üzrə, regionlar üzrə v.s. Ən sanballı və ilk reytinq cədvəli  2004-də yaranan,  Tayms qəzetinin Ali təhsil jurnalının reytinq cədvəlidir. QS reytinq cədvəli sonralar yarandı, amma nə səbəbdənsə ciddi əsas olmadan MDB ölkələrindən olan universitetləri daha yüksək pillələrdə yerləşdirməyə çox meyllidir.   


Bizim  bəzi rektorlar bu cədvəllərlə  reklam məqsədi ilə manipulyasiya edirlər.


 2008-ci ildə  biz fərdi  qaydada araşdırma apardıq. Məlum oldu ki, dünyada olan 20000 universitetin ilk 10000-nin sırasında bizim 1 universitetimiz belə yoxdur. Bunu 2008-ci ildə  Bakıda keçirilən Beynəlxalq  konfransda məruzəmizdə bildirdik.  TN-nin Konfransda iştirak edən məsul  əməkdaşları bundan çox  narazı qaldılar. Onlara bildirdim ki, bu cədvəllər güzgüdür, siz güzgüyə əsıbləşməyin, öz yarıtmaz işinizə əsəbləşin,, cavab verin  görək təhsili niyə bu  günə salmısınız?  Daha sonra bu məruzəni məqalə kimi  bir neçə  qəzetdə və  jurnalda nəşr etdirdik.  O vaxtdan çox nazirlər  dəyişdi, amma təkliflərə, təşəbbüslərə, doğru sözə  münasibət dəyişmədi. Çünki, onlar fikirləşir ki, inkişaf yönlü  heç bir iş görməyək, heç kim də  bizim işə qarışmasın, təhsil haqqında tənqidi söz deməsin,  hamı bizim zəif işimizi tərifləsin.


2010-da  aparıcı  universitetlərdən birinin rektoru müsahibə vermişdi ki, biz 2-3 ilə o reytinqlərdə yüksək yer tutacağıq. Artıq ingilis dilinin tədrisinə diqqəti artırmışıq. 2 gün sonra  sonra EXO qəzetinin müxbiri bu bəyanatla əlaqəli məndən geniş müsahibə aldı. (bəlkə də İnternetdə qalıb hələ). Reytinq cədvəllərinin mahiyyətinin, bizim bu inkişafdan nə qədər və niyə geri qaldığımızı ətraflı izah etdim. Yəni, oxucular başa düşdü ki, ingilis  dili  tədrisinin reytinq cədvəlinə heç  bir aidiyyatı yoxdur. Təəssüf ki,  bizim  bəzi aparıcı universitetlərin rektorları çox vaxt dünya təhsilində nə baş verdiyindən  də xəbərsizdirlər.




Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı -RƏSMİ

Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı -RƏSMİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə maaşlar artırılıb

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə maaşlar artırılıb

Sinif rəhbərləri ..Oxuyun !    Sinifin xarakteristikası..

Sinif rəhbərləri ..Oxuyun ! Sinifin xarakteristikası..

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Stasionar şəraitdə təhsilin təşkili  QAYDALARI

Stasionar şəraitdə təhsilin təşkili QAYDALARI

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Müasir dərs necə olmalıdır?

Müasir dərs necə olmalıdır?

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

İlham Əhmədov – Rəqəmsallaşmaya gecikən  universitetlərimiz

İlham Əhmədov – Rəqəmsallaşmaya gecikən universitetlərimiz

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti