AzTehsil.com


Xəbərlər / Ekspert / Valideyn
24 iyul 2022
889


Təhsil eksperti: Valideynlər uşaqlarının savadsız olma riskini nəzərə almalıdırlar




Hər il olduğu kimi bu il də birinci siniflərə qəbul üçün müraciət edənlərin sırasında rus bölməsində təhsil almaq istəyənlərin sayı kifayət qədərdir. Bu da uşaqlarının rus dilində təhsil almasını istəyən valideynlərin sayının artdığını göstərir. Hətta bəzən rus dilində danışa bilməyən valideynlər belə övladının məhz bu dildə təhsil almasını istəyirlər.


Bunlar eyni zamanda, məktəblərdəki rus dili müəlliminə tələbatı artır və nəticədə müəllim çatışmazlığı yaranır.


Maraqlıdır, ölkəmizdə rus dilinə bu qədər tələbatın səbəbi nə ilə bağlıdır? 


Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, övladlarını rus sektorunda oxutmaq istəyən valideynlərin əksəriyyətinin dil bilikləri və mütaliə qabiliyyəti yox səviyyəsindədir:


“Son iki ildə artıq digər dil qruplarına qəbul üçün müraciət edənlərin valideynlərinin də dil biliyi komissiyalar tərəfindən yoxlanılır. Bir neçə il bundan öncə isə bu sadəcə formal xarakter daşıyırdı. Son illər bu məsələyə ciddi yanaşılmağa başlanılıb. Çünki statistikaya əsasən rus sektoruna daxil olan uşaqların valideynlərinin dil biliklərinin olmadığı aşkar edilib. Bu məsələ çox ciddi problemlərə yol aça bilir”.


M.Məmmədli eyni zamanda rus dilinin dəbə çevrildiyini söyləyib:


“Əgər valideyn rus dilini bilmədiyi halda övladının həmin dildə təhsil almasını istəyirsə, demək ki, bu artıq dəb halını almış məsələdir. Bu səbəbdən komissiyalarda da neqativ hallar baş verir. Valideynlər ekspertlərlə əlaqə yaratmağa çalışırlar. Əvvəlcədən təyin olunan ekspertlər bir qədər loyallıq edirdilər. Valideynlər sanki, öz uşaqlarının gələcəyi ilə oynayırlar”.


Məzahir Məmmədli əlavə edib ki, rus sektorunda dərs deyən müəllimlərin özlərinin elmi bilikləri aşağı səviyyədədir:


“Azərbaycanda rus sektorunda olan müəllimlərin əksəriyyəti ədəbiyyatı, tarixi bilmirlər. Valideynlər uşaqlarının savadsız olma riskini nəzərə almalıdırlar. Son 10 ilin statistikasına baxsaq, bunların hər biri aydın olar. Təəssüf ki, bu məsələləri nəzərə alan yoxdur”.


Qeyd edək ki, MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri artıq rus dilində təhsildən imtina ediblər. 


Məlumata görə, Azərbaycanda təhsil alan 1,5 milyon şagirdin 130 min nəfəri rus bölməsinin payına düşür. Bu günləri 4 447 orta ümumtəhsil məktəbinin 340-da tədris rus dilində aparılır, bu da 7,6 faiz deməkdir. 90 mindən çox şagird rus dilində təhsil alır. 450 mindən çox şagird rus dilini xarici dil kimi öyrənir. 




Загрузка...
Həmçinin oxuyun:
Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi