AzTehsil.com


Xəbərlər / Müəllim
16 iyul 2022
1 203


Təkliflərə dəyər verək




İş olan yerdə səhv və nöqsanların olması təbiidir. Yaranmış nöqsanların aradan qaldırılması  isə  başlanmış işin əzmlə irəliləməsinə təkan verir. Nöqsanları vaxtında müəyyən etmək lazımdır. Bu işdə  tənqid əvəzolunmaz vasitədir.

 Demokratik və plüralizm mühitində tənqidə dözümlük ümumi mədəniyyətin tərkib hissəsidir. 

Bizlər  müstəqil ölkənin vətəndaşı olaraq hər birimiz ölkənin inkişafında nöqsanlara qarşı barışmaz mövqe sərgiləməklə, bu işə öz real tövhəmizi verə bilərik. Ölkə rəhbərliyi bu məsələyə dair dəfələrlə öz mövqeyini açıq və birmənalı şəkildə bildirmişdir:  “Hər bir ölkədə problemlər var, o cümlədən də Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir? .... Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur.  Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam təmin olunub. Yüzlərlə mətbu qurum var. Bunu da xatırlatmaq istəyirəm ki, sərbəst və azad söz olan ölkədə söz azadlığı boğula bilməz.” (PREZIDENT İLHAM ƏLIYEV).  

 

Ölkə rəhbəri  ictimai nəzarətin vacibliyi haqqında fikirlər bildirərkən, vətəndaş-hökumət arasında əlaqələrin qurulması, ictimai təkliflərin nəzərdən keçirilməsi xüsusi qeyd edilirdi: “İCTIMAI NƏZARƏTIN GÜCLƏNDIRILMƏSI ÇOX ÖNƏMLI MƏSƏLƏDIR. ÇÜNKI, İCTIMAI NƏZARƏT OLAN YERDƏ İŞLƏR DAHA YAXŞI GEDIR."

Biz də təhsil işçisi olaraq son 20 ildə öz fəaliyyət sahəmizdə olan nöqsanları görüb, bu barədə narahatlığımızı bildirmiş, daim yazmış, danışmış və kifayət qədər təkliflər vermişik. Nöqsanları görüb, onların həllinə yönəli təkliflər vermək  asan məsələ deyil. Heç də hər bir mütəxəssis dərində olan səbəbləri, bunun yaxın və uzaq gələcəkdə törədəcəyi fəsadları vaxtında görüb,  təkliflər verə bilmir. 


İnsafən son 20 ildə təhsilə rəhbərlik edən şəxslər də hər dəfə bu tənqidi fikirlərin ümumi işə xeyirli ola biləcəyini düzgün qiymətləndirmiş, bunun qərəzli olmadığını,  ümumi işə faydalı olacağını düzgün qiymətləndirmiş, tənqidə tolerantlıq nümayiş etdirmişlər.  Məsələn,  Misir müəllim təhsil naziri olduğu dövrlərdə bildiyim qədər  “Azərbaycan Müəllimi” qəzetinin bütün nömrələrini  mütəmadi olaraq oxuyur, oradakı məqalələrdə olan təklifləri  maraqla izləyirdi. Düzdür, bu təkliflərdən hansıların nəzərə alındığını deyə bilmərəm, amma bu  təkliflər haqqında məlumatlı idi.  


Verilən təkliflərin təhsilə konķret faydası olması üçün, bu təklifləri toplamaq, təhlil etmək, nəzərə almaq yaxşı olardı. Təhsilin çox mürəkkəb və dinamik sistem olmasını, hər bir ailənin mənafeyinə xidmət etməsini, bu sahədəki problemlərin ilbəil artmasını, eyni zamanda təhsilin ölkənin gələcəyini müəyyən etməsini də unutmamalıyıq. Bu səbəbdən təhsilə dair verilən təkliflərin toplanması, təhlil edilməsi zəruridir. Bu mənada TN nəznində daimi fəaliyyət göstərən müəyyən analitik qrupun yaradılması məqsədəuyğun olardı. Bu halda verilən təkliflər təyinatı üzrə daha səmərəli istifadə edilə bilərdi.


Dosent  İlham Əhmədov




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Metodbirləşmələr

Metodbirləşmələr

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

VMA-nin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”adlı tədbiri

VMA-nin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”adlı tədbiri

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası