Direktorun gözü önünüdə döyülən qızın anası danışdı-FOTO
Lənkəranda icra başçısının müavini tərəfindən döyüldüyü deyilən 9-cu sinif şagirdinin anası danışıb.
O, hadisə ilə bağlı anews.az-a açıqlama verib.
“Qızım icra başçısının qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib, heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə, bu, ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməz”, - şagirdin anası Ləman xanım bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib.
“Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək”, - qurumdan məlumat verilib.