Tehranda təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb
İyulun 4-də Tehranda ali, orta məktəblər və uşaq bağçaları, eləcə də idarələr və şirkətlərin ofisləri havanın tozlu və normadan artıq çirkli olması ilə əlaqədar bağlanacaq.
Bu barədə Tehran vilayətinin administrasiyasının yaydığı açıqlamada bildirilib. Açıqlamada vurğulanır ki, banklar və birjalar istisna olmaqla, təhsil və ictimai iaşə obyektlərində işlər dayandırılacaq.
Havaların isti, tozlu və normadan artıq çirklənməsi ilə əlaqədar Tehran vilayəti bu qərarını Fövqəladə Halların İdarə Edilməsi Mərkəzi də təsdiq edib və əlavə tədbirlər görüb. İdarə Tehranın Təcriş, Azadi, İnqilab və digər böyük xiyabanlarında təcili tibbi yardım məntəqələri qurub.
Bu məntəqələrdə ehtiyac yarandığı təqdirdə vətəndaşlara ilkin tibbi yardım göstəriləcək və su veriləcək. Bununla əlaqədar olaraq təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejiminə keçib. AZƏRTAC