“SABAH” qruplarına müəllimlərin işə qəbulu davam edir
Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə informasiya kommunikasiya texnologiyaları və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Müraciətlər iyunun 24-ü saat 23:59-dək qəbul edilir.
Müsabiqə barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.