Xəbərlər / Ziyalılar / Ekspert
13 iyun 2022
523

Nadir İsrafilov : Əslində yazmağa, danışmağa, təhlil etməyə çox nüanslar var.


Peşəyə sədaqət insanın xarakteri haqqında çox mətləblərdən soraq verir.

Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb,  bununla belə, yumşaq dildə desək, məktəblərimizdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir. Təlim və tərbiyə vəzifələrini vəhdət halında həyata keçrmək üçün isə, hər şeydən əvvəl heç olmasa klassiklərimiz və müasirlərimizin təlim-tərbiyə haqqında fikirləri barədə tam dolğun olmasa belə minimum məlumatımız olmalıdır.


 İndiki dövrdə maarifçilik missiyası yerinə yetirmək heç də asan deyil. Onun oxucu auditoriyası əsas etibarilə müəllimlər, təhsil tədqiqatçıları, pedaqoji sahənin mütəxəsisləridir. Jurnalist Böyükağa Mikayıllını şəxsən tanımazdan öncə, əsərləri haqqında məlumatlı idim. Diqqətimi cəlb edən bir sıra mühüm məqamlar var idi bu əsərlərdə. Ən əsası o idi ki, təhsil sahəsi üzrə tədqiqatçılıq yolunu seçən Böyükağa Mikayıllının yazıları klassik pedaqoji irslə müasir elm, təhsil, pedaqoji problemləri əhatələyir, oxucuya, belə demək mümkünsə, “qatı açılmamış mövzular” təqdim edir. Onun son illər çap olunmuş “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”, “Yanuş Korçak”, “Bir səma altında”, “Stiven Hokinq – təslim olmayan adam”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” kitabları dediklərimə əyani sübutdur.


Bu kitabların hər birində araşdırılan mövzular, qaldırılan problemlər Azərbaycanın təhsil və pedaqoji ictimaiyyəti üçün tamamilə yenidir. Doğrusu, jurnalist dostumuzun bəhs etdiyi mövzular, eləcə də həmin mövzulara nümayiş etdirdiyi yanaşma bir jurnalistin fəaliyyət dairəsindən xeyli kənardır, desəm, yəqin ki, Böyükağa Mikayıllının oxucuları məndən inciməzlər. Bu əsərlərin hər biri elmi-tədqiqat işi səviyyəsində işlənmiş əsərlərdir. Kitablarla tanış olduğum üçün elə bilirəm ki, fikrimdə yanılmıram. 


Bu gün biz müasir dünyanın pedaqoji mənzərəsini, təhsil problemlərini, yeni təhsil tendensiyalarını, qısaca desək, dünya təcrübəsini öyrənməliyik və müəyyən məqamlarda öyrənirik də. Böyükağa Mikayıllının tədqiqatlarında da bu cəhət özünü göstərir, amma fərqli formatda. Bu fərq jurnalistin dünyanın elmi pedaqoji irsi ilə müasir təhsil məsələlərini vəhdətdə təqdim etməsidir. Yəni, düşünmək olar ki, o, bir tədqiqatçı jurnalist olaraq ya müasir təhsil məsələlərini, dünyanın qabaqcıl universitetlərini araşdırar, ya da klassik pedaqoji irsə müraciət edib onları oxucuya təqdim edər. Tədqiqatçı dostumuz tamamilə fərqli tendensiyanı seçir: o, bir tərəfdən böyük elm xəzinəsi Nəsirəddin Tusi, Marağalı Əvhədi, yəhudi əsilli dahi polyak pedaqoqu Yanuş Korçak, Çinin böyük fikir adamları Konfutsi, Men-Tszı, Lao-Tszı, Türk dünyasının böyük elm adamı Yusif Balasaqunlu və onun Qutatqu-Bilik əsəri, Abay Kunanbayev, görkəmli Azərbaycan pedaqoqları Mikayıl Rəfili, Fərhad Ağazadə, Mirzə Kazım bəy, əruzşünas Cəfər Xəndan, dramaturq Cəfər Cabbarlı, bəstəkar Fikrət Əmirov, yazıçı, şair, dramaturq Maqsud Şeyxzadə, onun “Mirzə Uluğbəy” əsəri, akademik Mehdi Mehdizadə, elm xadimi Mirzə Məmmədov, böyük pedaqoq Anton Semyonoviç Makarenko, mütəfəkkir, şair, rəssam Taras Şevçenko, məktəbşünas Zəhra Əliyeva haqqında yazıları ilə oxucunun görüşünə gəlir, digər tərəfdən, Türk dünyasının zəngin fikir qaynağı olan “Bilqamış” dastanını, Namik Kamal, Osman Türkay, Rauf Denktaş, Fazil Kiçik kimi vətən sevdalı şəxsiyyətlərin həyat yolunu, məşhur təhsil tədqiqatçısı Suqata Mitranın. yeni təhsil proqramlarının yaradıcısı Salman Xanın, universitet qurucusu Subra Şureşin, universal-online təhsil platformasının yaradıcısı Valeri Kriçukun, inklüziv tədris mərkəzi qurucusu Vira Remajevskayanın, tanınmış fizik-alim Stiven Hokinqin, onlarla Nobel mükafatçısı olan Kavendış laboratoriyasının qlobal elm, təhsil platformaları haqqında tədqiqatlarını təqdim edir.


Nəhayət yazıları ilə dünyanın müasir təhsil sistemləri, qədim və müasir universitetləri, onların keçdikləri inkişaf yolu haqqında əhatəli materiallarla çıxış edir. Jurnalistin elmi-publisistik üslubu da bir tərəfdən ona geniş oxucu auditoriyası qazandırır. Etiraf edim ki, bu yazıların hər birini mən də maraqla oxumuşam və düşünmüşəm ki, nə yaxşı ki, təcrübəsindən bəhrələnməli olan bizim öz mütəxəssislərimiz var. Sərvəti dəryanın dərin qatlarında axtarmayaq, o, bizim öz aramızdadır, əl uzatsaq, çatacaq. Bu əsərlər taftalogiyadan, sözçülükdən tam uzaqdır. Onlar sözün həqiqi mənasında oxucunun gözləri qarşısında müasir dünyanın təhsil sisteminə, klassik pedaqoji irsə pəncərə açır, zəngin məlumat mənbəyi formalaşdırır. Onun yazılarının hər birində bir ideyaya, bir fikrə rast gəlmək mümkündür. Yaxşı hal odur ki, Böyükağa Mikayıllı bu mövzuda olan yazıları ilə daha çox pedaqoji mətbuat orqanlarında çıxış edir.


 

Müəllifin əsərlərinin bir qisminin xarici dillərə tərcümə edilməsi də həm onun özünün, həm də təhsil mətbuatımızın uğurudur. Yeri gəlmişkən Böyükağa Mikayıllının tədqiqat xarakterli məqalələrinin yer aldığı “Yaradıcılıq axtarışları” və “Müasir dərs, yeni yanaşmalar” kitabını xüsusi vurğulamaq lazımdır. Qabaqcıl pedaqoji təcrübədən bəhs edən bu yazılarla jurnalist unudulmaqda olan bir tendensiyaya – qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması tendensiyasına yeni həyat verir. Bununla da Böyükağa Mikayıllı təhsildə, pedaqoji mühitdə zəngin ənənənin yaşamasına, müasir pedaqoji tendensiyaların yayılmasına, müasir ruhlu müəllimlərin tanınmasına, onların mənəvi həvəsləndirilməsinə nail olur.


Bu kitablarda respublikanın bir sıra tanınmış, qabaqcıl müəllimlərinin iş təcrübəsi ilə tanış oldum və bu məni sevindirdi. Jurnalistin araşdırmaları arasında rast gəldiyim “Fenomen” adlı məqalə də diqqətimi xüsusilə cəlb etdi. Bu yazı SSRİ Xalq Müəllimi, zəmanəsinin görkəmli məktəbşünası Zahid Şöyübova həsr olunub. Bu yazı ötən əsrin təhsil mühiti ilə tanış olmaq baxımından mühüm əhəmiyyətə malikdir. “Pedaqoji fikir tarixinin öyrənilməsi zərurəti”, “Pedaqoji elm və pedaqoji proses”, “Türk xalqları pedaqogikası tarixinin izi ilə” adlı məqalələri də bu qəbildəndir. Mən, Böyükağa Mikayıllının yaradıcılıq kredosunu təhsil jurnalistikasında yeni tendensiyanın təməli hesab edirəm. O, həm ənənəvi təhsil jurnalistikası məktəbini yaşadır, həm də özünəməxsus tərz yaradır. Maraqlıdır: Böyükağa Mikayıllı universitetlərdən, müəllif məktəblərindən, musiqiçilərdən, elm admlarından, yazıçılardan, şairlərdən, bəstəkarlardan, rəssamlardan da yazarkən, onlara pedaqoji mahiyyət verməyi bacarır. Bunu izah etməyə əlimdə kifayət qədər sübutlar var. Onun tədqiqatlarında həm dünyanı, həm də Azərbaycanı görmək mümkündür.


Mənim üçün, elə oxucu üçün maraqlı olan cəhət həm də burasıdır ki, o, tədqiq etdiyi mövzuların arxasınca, minlərlə kilometr məsafə qət etməyə cəsarət tapır, dünyanın məşhur universitetlərinin arxivlərində, muzeylərində, elmi laboratoriyalarında araşdırmalar aparır. Bu tədqiqat obyektləri Almaniyanın Humboldt adına Berlin Universiteti, Berlin Texniki Universiteti, Düsseldorf Henrix Heyne Universiteti, Praqada Karlovi, Krakovda Yagellon, Quzey Kıbrısda Girnə Amerikan, Doğu Akdeniz və digər universitetlərdir, elmi tədqiqat mərkəzləridir. Jurnalist bu universitetləri tədqiq edib oxucuya çatdırmaqla, yüz illərlə yaşı olan, dünyada tanınan, böyük nailiyyətləri ilə seçilən  universitetlərin inkişafına yol açan amilləri göstərir, universitet quruculuğunun təməlində dayanan faktorları sadalayır. Hansı ki, bu faktorlar təhsil quruculuğu işində böyük önəm daşıyır və bizim ali təhsil müəssisələri rəhbərləri üçün olduqca önəmlidir. Onun tədqiq etdiyi universitetlər müasir universitet modelinin özüdür. Mənim diqqətimi cəlb edən, Böyükağa Mikayıllının tədqiq etdiyi universitetlərdən biri Berlin Humboldt adına Universitetdir. Müasir universitetlər öz inkişaf yollarına görə məhz bu universitetə borcludurlar. Təməli uzaqgörənliklə qoyulan Humboldt adına universitet, eləcədə Nanyaq Texnologiya Universiteti, Yagellon Universiteti, bu universitetin inkişafında önəmli rol oynamış məşhur təhsil tədqiqatçısı Subra Sureşin haqqında oxuduqca düşünürsən ki, bir universitetin yaradılması maliyyə vəsaitlərinə, texnoloji vasitələrə nə qədər bağlıdırsa, bir o qədər də, bəlkə ondan da artıq, vətəndaşlıq mövqeyinə bağlıdır. Tədqiqatçı-jurnalist də bu fikirdədir. Yalnız bilik deyil, insanın malik olduğu ürək onu gördüyü işdə irəli apara bilər. Jurnalist dostumda da məhz bu xüsusiyyəti illərdir ki, müşahidə edirəm: onun yaradıcılıq yoluna məhz biliyi ilə ürəyi rəvac verir.


Bu günlərdə Böyükağa Mikayıllı ilə Təhsil Nazirliyinin elmi-metodik nəşri olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasında görüşdük. Artıq bir ilə yaxındır ki, o, jurnalın baş redaktoru vəzifəsini icra edir. Jurnal 50 ildən artıq dövrü əhatə edən bir tarixə malikdir. 1970-ci ildə, o zamankı Maarif naziri, akademik Mehdi Mehdizadənin təşəbbüsü ilə yaradılan, pedaqoji elmlər doktoru, professor Yahya Kərimovun rəhbərlik etdiyi jurnalı bu gün yenilənmiş, müasir dövrün tələblərinə uyğun format və məzmunda görmək məni çox sevindirdi. Düşündüm ki, atalarımızın “Çörəyi çörəkçiyə ver” deyimi burada necə də yerinə düşür. İndi bu jurnalın zəngin keçmişi kimi, zəngin gələcəyinin də olacağına şübhə yeri yoxdur. Qısa vaxt ərzində jurnalın Azərbaycan və ingilis dillərində ppe-journal.edu.az saytı yaradılıb, 50 illik arxivin saytda yerləşdirilməsinə başlanılıb. Jurnalın “Sağlam təhsil, sağlam millət” xüsusi buraxılışı çap olunub. Xüsusi buraxılışın hazırlanmasına müvafiq layihənin əməkdaşları cəlb olunub. Redaksiyada öyrəndim ki, kollektiv jurnalın xüsusi buraxılışlarının çap olunması qrafikini hazırlayıb.


Maraqlı ideyadır. Sanki özümü 1970-ci illərdən başlayaraq əməkdaşlıq etdiyim elmi-pedaqoji jurnallarımızın müasirləşmiş, yeni baxış və ideyaların toplandığı bir məkanda hiss etdim. Burada hər şey var idi – peşəkarlıq, əzmkarlıq, ideyalılıq, pedaqoji prosesə müasir yanaşma tərzi, mehriban kollektiv, ən əsası isə peşə təəssübkeşliyi. Bəli, məhz peşə təəssübkeşliyi. Peşəsinə ruhu ilə bağlı olan adamlarda olur peşə təəsübkeşliyi. Peşəyə sədaqət insanın xarakteri haqqında çox mətləblərdən soraq verir. İndi “Məktəbəqədər və ibtidai təhsil” jurnalında çap olunmaq üçün müəlliflərin qarşısına qoyulan tələblər ciddiləşdirilib. Ciddiləşdirilib deyəndə ki, əslində necə olmalıdırsa, elə də olub. Bu yalnız jurnalın keyfiyyətli nəşri üçün deyil, tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə yönələn bir strategiyadır. Əminliklə deyə bilərəm ki, elmi jurnal sahəsi də təhsil sahəsi kimidir, burada da uğurun əldə edilməsi zamana bağlı məsələdir. Əsas odur ki, seçilən mövzular aktual olsun, təhsilin fundamental problemlərinə toxunsun, nəyinsə, kiminsə xatirinə deyil, məqalələr elmin, təhsilin inkişafı naminə seçilib dərc olunsun. Jurnalı nəzərdən keçirərkən bu tendensiyanı artıq görmək mümkündür.


Jurnalın redaksiyasında maraqlı bir ənənənin də əsası qoyulub. Əməkdaşlar redaksiyanın kitab fondunu – kitabxanasını yaradıblar. Burada təhsil sahəsinə aid olan ən yeni nəşrlər, eləcə də ötən əsrdə çapdan çıxmış, bu gün də öz aktuallığını saxlayan kitablar toplanır. Bu kitabların arasında qiyməti 30 – 40 manata olan kitablara da rast gəlmək mümkündür. İstənilən vaxt bu kitabları redaksiyadan götürüb oxumaq mümkündür. Artıq rəflərdə yer olmadığı üçün kitablar baş redaktorun masası üzərinə də yığılır. Redaksiyanın mühiti məni çox məmnun etdi və “Məktəbəqədər və ibtidai təhsil” jurnalının qocaman oxucusu, onun keçdiyi tarixi yola bələd olan bir şəxs kimi, gələcəyinə məndə böyük inam yaratdı. Elmi jurnalları qorumaq vacibdir, çünki onlar elmimizin, təhsilimizin, aynası, onun inkişafının təməlində dayanan mühüm amillərdən biridir.


Bir vaxtlar on bir əlavəsi olan Azərbaycan məktəbi jurnalının iki yadigarı qalıb ki, onlardan da biri Böyükağa müəllimin peşəyə sədaqəti sayəsində yaşatmaqda davam etdirdiyi “Məktəbəqədər və ibtidai təhsil” jurnalıdır. Bu yazıda jrunalist dostum Böyükağa Mikayıllının yaradıcılığının və xarakterinin müəyyən cizgilərindən bəhs etdim. Əslində yazmağa, danışmağa, təhlil etməyə çox nüanslar var. Düşünürəm ki, öz dəyərlərimizi tanımalı və tanıtmalıyıq. Onlar bizim gənclərimiz də ola bilər, orta nəslin nümayəndələri də, yaşlılar da...


 

resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu