AzTehsil.com


Xəbərlər
25 may 2022
943


Şeyx Əbdül: Azərbaycanda ailə insitutu tamailə pozulub və yoxdur




“Lalə Azərtaş “Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən” ifadəsini məcazi mənada deyib.


Min illərdir ki, soyumuzda, kökümüzdə, adət-ənənəmizdə qadının ərinə qulluq etməsi olub. Kişilər əkində, biçində olublar, gələndən sonra da qadınlar onlara qulluq ediblər. Ona görə də əvvəllər etibar, əxlaq, namus, mənəviyyat və gözəl ailə ənənəsi vardı. O gözəl ailələr səbəbilə də gözəl övladlar yetişirdi. Bu gün isə özbaşınalıq elə bir həddə gəlib çatıb ki, 15-16 yaşında qızlar ayaqyolunda, dəhlizlərdə siqaret çəkir, taksilərdə, parklarda, diskotekalarda min hoqqadan çıxırlar. Bu yaxınlarda, günorta saatlarında "Qış parkı"nın ərazisindən keçəndə gördüm ki, qızla oğlan bir-birilərinə sarılıblar. Bu cür əxlaqsız qadınlar Lalə xanımın dediklərinə zidd fikirlər yayırlar.”


Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov deyib.


“Yiyəsiz, atasında, anasından, ərindən qaçanların hamısı yığılır Bakıya. Bakı böyük şəhər olduğundan elə bilirlər ki, burada bütün əxlaqsızlıqları, tərbiyəsizlikləri etmək olar və onları heç kim görməyəcək. Bu, biabırçılıqdır. Bu cür ailələr, qızlar, oğlanlar edam olunmalıdır. İş-güc yox, səhərdən axşamadək “sülənirlər” küçələrdə. İt kimi oğurluq, orada-burada nökərçilik edib axşamlar da min hoqqadan çıxırlar. Gedin taksi şoferlərindən soruşun görün hər axşam şəhərdə nələr baş verir. Bu yaxşıdır? Bunu təbliğ edək?


Adam ərinə, ailəsinə xidmət edər də, nə olsun ki? Lalə xanım onu obrazlı şəkildə deyib. O, o dövrün tələblərindən danışıb. İndi “ayaq yumayıb” küçələrdə qalıb başa çıxanlar yaxşıdır? Parkda, bulvarda, küçələrdə min əxlaqsızlığı təbliğ edənlər yaxşıdır? Uşaqlarını doğub dayanacaqlara atıb gedənlər yaxşıdır, yoxsa evinə, ailəsinə, ərinə namusla qeyrətlə xidmət, qulluq edənlər?


Lalə xanımın dediklərinə tənqidi yanaşanlar səhv edib, başlarını da daşa döyürlər. Bu mövqedə dayananlar axşamlar çıxsınlar qızların, oğlanların etdiklərinə baxsınlar. Sosial şəbəkələrdə, saytlarda “bomba partladanlar” da o mənəviyyatın, əxlaqsızlığın daşıyıcılarıdır.


O vaxt demişdim ki, evi, işi-gücü olmayan, sosial cəhətdən evini, ailəsini təmin edə bilməyən insanların evlənməsinin nəticəsi “bic uşaq” istehsal etməklə nəticələnir. Yüzlərlə minlərlə adamlar gəlir televiziyadakı sosial verilişlərə. Biz nəyi təbliğ edirik belə şeylərlə? Açaq hər yerimizi qoyaq bayırda ki, “biz azadıq, sərbəstik, müstəqilik”? Bunlar hamısı sosial problemlərdir. Sosial problemlər isə başdan-başa qanunsuzluq, böyüksüzlük, əxlaqsızlıq, mənəviyyatsılığın və ən əsası ehtiyacın olduğu yerdə yaranır.


Ehtiyac insanları sındırıb pis günə qoyur. Bu mənada əgər adam tarixdən nümunəvi bir şey deyibsə, burada pis nə var? Qadın ərinin ayağını da, əlini də, üzünü də yuyar, ona qadınlıq da edər, kişilik də. O, kişi də ailəsinə sahib olar. Bu o demək deyil ki, biz avara adamların ayağını yuyub, onun suyunu içək. Söylənən bu fikir yüksək əxlaq mənasındadır. Nəyə görə bütün müqəddəs kitablarda deyilir ki, Allah qadını kişinin qabırğasından yaradıb? Kişinin ehtiyacını təmin etmək üçün. Kişinin kişi işi, zəhməti var, qadının da qadın yeri və xidməti. Ailədə böyük tərbiyə, əxlaq, qarşılıqlı hörmət, qarşılıqlı dəyər olduqda belə şeylərə pis baxılmır.


İndi 14-15 yaşında qızı atalığı tutur zorlayır. Bu yaxşıdır? Sonradan da məlum olur ki, həmin adam anasının sevgilisidir. Bunların hamısı biabırçılıqdır. Başı pozuq qadınlara, kişilərə belə vəziyyət sərf edir deyə başlayırlar müzakirə etməyə. Demişəm ailə, əxlaq məsələlərində nəinki edam, dar ağacı, hətta daşqalaq da bərpa olunmalıdır, özü də amansız şəkildə. Əldən gedirik bu, dəhşətdir! Sabah nə oğlanlarımızı evləndirməyə qız, nə də qızlarımızı ərə verməyə oğlan tapacağıq.


Ən böyük biabırçılıq isə şəhərdə baş verir. Şəhərdə bunu edənlərin hamısı isə rayondan, kənddən qaçıb gələnlərdir. Bir Bakılı ailənin belə biabırçılıqlarla verilişlərə gəldiyini görməmişəm. Əvvəl də bunu demişəm rayonların icra başçıları yoxdur? Nə qədər olar belə şeylər! Hara baxırlar onlar? Bir daha qeyd edirəm amansız şəkildə, küçənin ortasında edam olunmaq şərtilə bu əxlaqsızlığa son qoymaq lazımdır.


İnsan təbiət etibarilə elə bir məxluqdur ki, onun tərbiyəsi ilə hələ ana bətnində olarkən məşğul olmaq lazımdır, çünki bizim böyük mədəniyyətimizi insanlar formalaşdırır və elə onlar da dağıdıb məhv edir. Bu gün biz dağılıb məhv oluruq. Bu cür əxlaqsızlıqlar, sosial problemlər baş alıb gedir.


Ailənin ailə, kişinin kişi, qadının qadın yeri var. Son vaxtlar sosial məsələləri işıqlandıran verilişlərə gələn ailələrin nə nikahı var, nə də ki kəbini. Bunlar necə ailə qurub, evlənirlər? 16 yaşında qızı boşanır, gəlir iki uşaqla ki, nikahı yoxdur. Bu nə deyən şeydir başım çıxmır! Bu dövlət, qanun, rayonlardakı strukturlar hara baxır, nə ilə məşğuldurlar?


Lalə xanım da bu hala ürəyi yandığından belə deyib. O mənada deməyib ki, kimsə ərinin ayağını yuyub, suyu da həqiqətən içsin. Orada o sözlər dəyər mənasında deyilib. Təbii ki, söhbət normal ailələrdən gedir. İndi guya harada kim kimin ayağını yuyur ki? Ümumiyyətlə, Azərbaycanda ailə insitutu tamailə pozulub və yoxdur. Lalə xanımın səsləndirdiyi fikirlərə qoşuluram. Sağolsun Lalə Azərtaş! Eşq olsun ona!” - o qeyd edib.




Загрузка...
Həmçinin oxuyun:
KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Dərsin müasirliyinin psixopedaqoji sirləri

Dərsin müasirliyinin psixopedaqoji sirləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Siqaretin dəhşətləri .SOS

Siqaretin dəhşətləri .SOS

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Uşaqlara siqaret satanlar - Cəzalar sərtləşəcək, cərimələr daha da artacaq

Uşaqlara siqaret satanlar - Cəzalar sərtləşəcək, cərimələr daha da artacaq

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Bu adlar müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu artırar.

Bu adlar müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu artırar.

Əxlaq tərbiyəsi

Əxlaq tərbiyəsi

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu