Xəbərlər / Ekspert / Müəllim
24 yanvar 2022
824


Bu adlar müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu artırar.


“Xalq yazıçısı”, “xalq şairi”, “xalq artisti”, “xalq rəssamı”  olduğu halda, nəyə görə xalq müəllimi olmasın?


Açıq və səmimi etiraf edək ki, müəllimin bu günkü nüfuzu əvvəlki nüfuzu deyil.Ona görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib.


Hesab edirəm ki, "Əməkdar müəllim" fəxri adı ilə yanaşı “Xalq müəllimi" adının da təsis edilməsi, əks halda sadəcə "Əməkdar müəllim" adının “Xalq müəllimi" ilə  müəllimi ilə əvəz edilməsi müəllimi xalqa daha da yaxınlaşdırar, müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu nəzərə çarpacaq dərəcədə artırar.


 “Xalq müəllimi” “Əməkdar müəllim”dən daha yüksək statusdur. Xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı olduğu halda, nəyə görə xalq müəllimi olmamalıdır? Yazıçı, şair, artist, rəssam xalqa müəllimdən bu qədərmi yaxın, doğma və ya əzizdir? Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı və digər bir çoxlarını xalq şairi kimi tanıyır və qiymətləndiririk... Həyatını xalqın balalarının təlim- tərbiyəsinə həsr edən hansısa bir müəllimi də bu adla şərəfləndirib, gürurlandırsaq, nəyimiz əksiləcək?


Tariximizin 70 illik bir  dövründə ümumittifaq miqyasında olan fəxri adlarla yanaşı respublikamızda müxtəlif sahələrə aid fəxri adlar da olmuşdur. Belə ki, 1928-78-ci illərdə Azərbaycanda "Azərbaycan SSR xalq artisti", "Azərbaycan SSR xalq yazıçısı", "Azərbaycan SSR əməkdar elm xadimi", "Azərbaycan SSR əməkdar müəllimi", "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" və başqa fəxri adlar təsis edilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə isə 45 fəxri ad müəyyən edilmişdir.


O cümlədən dəAzərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının fəxri adları haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdı ki,  fəxri adların vəsiqələrinin nümunələrini və döş nişanlarının təsvirlərini və eskizlərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin.


Axı, bir vaxtlar ölkəmizin hüdudlarından da çox-çox uzaqlarda tanınan İsrafil Şükürov, Zahid Şöyübov kim xalq müəllimlərimiz olub. Məhər Quliyev, Məsmə Atakişiyeva, Zərbəli Səmədov kimi müəllimlərimizin adları dillər dastanına çevrilmişdi. Bir çox məktəblərimiz nömrəsi ilə deyil, onun direktorunun adı ilə tanınırdı – Sona Tağıyevanın məktəbi, İsfəndiyar müəllimin məktəbi və s.


Çünki, onların qabaqcıl iş təcrübəsi öyrənilmiş, geniş müzakirə olunduqda sonra, bütün Respublika üzrə yayılması tövsiyyə olunmuşdu. İndi ildə ölkə üzrə 100-qədər müəllimə fəxri adlar veririk, əksəriyyətini də çoxları tanımır. Əməkdar müəllim fəxri adına təqdim olunan namizədlərin sayını minimuma endirməklə, ildə bir və ya iki ildən bir maksimum iki nəfərə Xalq müəllimi adı verməklə müəllimin nüfuzunu daha da artırmış olarıq.


Mən deyərdim, gənc müəllimləri həvəsləndirmək və rəğbətləndirmək, habelə rəqabətliliyi gücləndirmək məqsədilə “Ən yaxşı gənc müəllim” döş nişanının, hətta uzun illər təhsil sahəsində çoxcəhətli və səmərəli fəaliyyətini mənəvi cəhətdən stimullaşdırmaq məqsədilə, təqaüdə çıxan müəllimlərin müəyyən qrupuna təqdim etmək üçün “Əməkçi müəllim” fəxri adının təsis edilməsi də müəllimin nüfuzunun qaldırılmasında, müəllim peşəsinə marağın artmasında əhəmiyyətli dərəcədə rol oynaya bilər...


Düzdür, elə müəllimlərimiz var ki,  fəxri adsız belə xalq tərəfindən sevilib və dəyərləndirilib. Bununla belə, "Xalq müəllimi" statusu isə, xalqın sevgisinin dövlət tərəfindən tanınması və təsdiqlənməsidir. Elə isə, əks təqdirdə "xalq şairi", "xalq yazıçısı", "xalq rəssamı", "xalq artisti" fəxri adlarını da ləğv edək və ayrı-seçkiliyə birdəfəlik son qoyaq. Konkret olaraq bu məsələ ilə bağlı başqa təkliflərimiz varsa buyuraq...

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov-Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi  iki istiqamətdə iş aparır.

Nadir İsrafilov-Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır.

Prezident rektora “Xalq yazıçısı”, Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi-SİYAHI

Prezident rektora “Xalq yazıçısı”, Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi-SİYAHI

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Xalq yazıçısı Çingiz Abdullayevdən nümunəvi addım

Xalq yazıçısı Çingiz Abdullayevdən nümunəvi addım

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Müəllimin  şəxsi keyfiyyətləri

Müəllimin şəxsi keyfiyyətləri

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

"XXI əsr müəlliminin kompüter əsaslı imtahanla seçilməsi doğru yoldur"...Tanınmışlar imtahan prosesini izləyiblər

"XXI əsr müəlliminin kompüter əsaslı imtahanla seçilməsi doğru yoldur"...Tanınmışlar imtahan prosesini izləyiblər

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllimin şəxsi keyfiyyətləri bunlardir

Müəllimin şəxsi keyfiyyətləri bunlardir

Əməkdar Artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Əməkdar Artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

Müəllimin peşə qabiliyyətləri.

Müəllimin peşə qabiliyyətləri.

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...