Xəbərlər, Yazarlar, Ziyalılar
21 mart 2021

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Xalq şairi Səməd Vurğunun doğum günüdür

 

Bu gün Azərbaycanın Xalq şairi Səməd Vurğunun 115 yaşı tamam olur.

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olub.

Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər.

Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.

Şairin ilk çap əsəri olan "Cavanlara xitab” şeiri 1925-ci ildə Tiflisdə çıxan "Yeni fikir” qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.

Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.

Onun yaradıcılığı sadə xalq dilinə yaxınlığı ilə seçilib. Vurğun şeir və poemalarında sevgiyə və təbitə tərənnümlərinə geniş yer verib. Şairin 1934-cü ildə yazdığı "Azərbaycan” şeiri ədəbiyyatımızda bütün dövrlərin ən yaxşı nəzm əsərləri arasında göstərilir.

1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin”, Maksim Qorkinin "Qız və ölüm”, Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin "Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1930-cu illərdə şairin "Könül dəftəri” və "Şeirlər” kitabları çapdan çıxıb.

1937-ci ildə "Vaqif”, sonrakı illərdə "Xanlar”, "Fərhad və Şirin”, "İnsan” dramlarını, "Zəncinin arzuları”, "Muğan”, "Aygün” və "Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib.

1956-cı ilin martında "Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.





Загрузка...
loading...

Həmçinin oxuyun:
Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Cəlil Məmmədquluzadənin doğum günüdür

Cəlil Məmmədquluzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi – SƏRƏNCAM

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi – SƏRƏNCAM

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 noyabr - Konstitusiya Günüdür

12 noyabr - Konstitusiya Günüdür

Vurğun Əyyub vəfat etdi

Vurğun Əyyub vəfat etdi

İlk Azərbaycan dili müəlliməsi və  ilk Azərbaycan qadın jurnalisti .

İlk Azərbaycan dili müəlliməsi və ilk Azərbaycan qadın jurnalisti .

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbaycan Silahlı Qüvvələri günü

Prezident rektora “Xalq yazıçısı”, Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi-SİYAHI

Prezident rektora “Xalq yazıçısı”, Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi-SİYAHI

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov

Nizami Gəncəvinin əsəri özbək dilində çap olunub

Nizami Gəncəvinin əsəri özbək dilində çap olunub

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun  anım günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anım günüdür

Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam

Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Bu gün Hüseyn Cavidin doğum günüdür

Bu gün Hüseyn Cavidin doğum günüdür

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Səməd bəy Mehmandarovun doğum günüdür

Səməd bəy Mehmandarovun doğum günüdür

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib