Nizami Gəncəvinin əsəri özbək dilində çap olunub
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "İqbalnamə'" əsəri Daşkənddə özbək dilində çap edilib.
Məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə "Extremum Press" nəşriyyatında çap olunan əsəri orijinaldan çevirən Özbəkistanın Xalq şairi Camal Kamaldır.
Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov və Boqicon Toxliyevdir.