AzTehsil.com


Xəbərlər / Saglam həyat
21 dekabr 2017
2 983


Uşaqlara siqaret satanlar - Cəzalar sərtləşəcək, cərimələr daha da artacaq



Siqaretin insan bədəninə vurduğu ziyan illərdir həkimlərin araşdırma obyektinə çevrilib və sağlam bədəndə yaratdığı fəsadlar ictimaiyyətə daim açıqlanır. Hələ böyüklərdə xərçəng xəstəliyinə gətirib çıxaran siqaretin uşaqlara vurduğu ziyanı təsəvvür etmək belə mümkün deyil. Azərbaycanda istənilən mağazada azyaşlı uşaqlara siqaretin satışı qanunla qadağan edilib. Amma təəssüflər olsun ki, bəzi köşklərdə uşaqlara siqaret rahatlıqla satılır. Ötən günlərdə bir uşağın köşkdən siqaret alan zaman şəklinin yayılması da buna sübutdur.


Aztəhsil.com modern.az-a istinadən xəbər verir ki, məsələnin ciddiliyinin fərqində olan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məsələni ictimailəşdirməyin lazım olduğunu bildirib:


"Həmin satıcıları hüquq-mühafizə orqanlarına şikayət etmək lazımdır. Bu zaman cərimə olunacaqlar. Bununla yanaşı, cəmiyyət tərəfindən ictimai-sosial müqavimət olmalıdır. Təkcə qanun qəbul etməklə, inzibati orqanların hesabına bu işlər görüləcək deməklə məsələ həll olmur. İctimai qınaq, ictimai nəzarət olmalıdır. Bizim QHT-lərimiz, fəal gənclərimiz var. Kütləvi İnformasiya Vasitələrimiz də var. Hamımız elliklə mübarizə aparsaq, bunun qarşısını ala bilərik. Yoxsa gözləsək ki, polis nə vaxt gəlib qanunu pozanı tutacaq, yaxud da vergi nə vaxt cərimə edəcək, biz bununla istədiyimizə nail olmayacağıq”.


Musa Quliyev deyir ki, tütün məhsullarının istehsalının məhdudlaşdırılması ilə bağlı yeni qanun qəbul olunub:


"Bu qanun qüvvəyə minəndən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olacaq. Cəzalar daha da sərtləşəcək. Cərimlərin məbləği daha da artacaq. Amma tək cərimə ilə bu iş həyata keçmir. Həm inzibati qaydada cərimələr olmalıdır, ictimaiyyətin nəzarəti olmalıdır, həm də daimi maarifləndirmə işləri aparılmalıdır. Bunların üçünü bir yerdə daimi etsək, tütünlə mübarizədə qalib gələcəyik. Daimi aparmasaq, hərdən-birdən kiminsə yadına düşsə, heç bir əhəmiyyəti olmayacaq”.


Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq sığınacağının direktoru Vasif Akifli qeyd edir ki, azyaşlılara siqaret satılması onların hüququnun kobud şəkildə pozulmasıdır:


"Köşklərdə siqaretin azyaşlı uşaqlara satılması anormaldır. Buna satıcılar və sahibkarlar nəzarət etməlidirlər. Bu yaxınlarda Rusiyada mağazada bir uşağın enerji içkisi aldığı zaman uşaq olduğuna görə o içkinin ona verilmədiyinin və sənəd tələb edildiyinin şahidi oldum. Bizdə də bu, satıcılar və sahibkarlar tərəfindən həyata keçirilsə, çox müsbət hal olar. Hər şeydə maarifləndirmə işi aparmaq düzgün deyil. Bu qanundur. Sadəcə olaraq sahibkarlar, satıcılar bu qanunlara tabe olmalıdırlar”.


Araşdırmalara görə, böyüklərin 90 %-i siqaretə uşaqkən aludəçi olur. Siqaret çəkəndən bir neçə gün sonra çəkən insan nikotindən asılı vəziyyətə düşür. Nikotin kokain və eroin qədər asılılıq yaradan maddədir. Nikotin insana duyğusal yandan təsir etdiyi kimi, insanın ağciyərlərinə, mədəsinə, ürəyinə, sinir sisteminə də təsir edir. Öskürək, boğazda qıcıqlanma kimi simptomlardan başlayaraq ürəkdə ritm artması, qan təzyiqinin normal olmaması, bronxit, xərçəng və ağciyər xəstəliklərinə gətirib çıxarır.


Psixoloq Ramil Nəcəfli deyir ki, uşaqlara enerjilərini bölüşmək üçün meydan yaratmaq lazımdır:


"Özgüvən artırmaq, həvəslərini yatırmaq üçün yaxşı dərnəklər lazımdır. Bunlar olmadıqca oğlan siqaret çəkməyə meyl edəcək. Çünki bir növ siqaret onlara kişiləşmə duyğusu verir. Onu isə əvəz edən variant yoxdur”.


Siqaret çəkən uşaqda əlamətlər:


* Öskürək


* Boğazda qıcıqlanma


* Ağız qoxusu


* Atletik performansta geriləmə


* Ləkəli dişlər ve geyim


* Nəfəs darlığı


Psixoloqlar hesab edir ki, bu vərdişdən qurtulmaq üçün siqaret çəkən uşağa dəstək olmaq lazımdır.


*Uşağınızla niyə siqaret çəkmək istədiyi barədə açıqca danışın. Niyə siqaret ona çəkici gəlir?


*Uşağınız indiki davranışının gələcəkdə ona nələr yaşada biləcəyindən xəbərsiz ola bilər. Siqaretin mənfi tərəflərindən müəyyən aralıqla söz açın. Ona verdiyi pula başqa şeylər ala biləcəyini, nəfəsinin kəsilə biləcəyini, dişlərinin saralacağını və üstündən pis qoxu gələcəyini söyləyin.


*Qoyduğunuz qaydaları tez-tez tətbiq edin. Məsələn, evdə siqaret çəkməsinə əsla icazə verməyin.


*Əgər sizə "istəsəm, tərgidərəm” deyərsə, çox sevdiyi bir yeməyi 1 həftə yeməməsini istəyin.


*Bu mövzuda davamlı başının ətini yeməyin. Siqareti tərgitməyə özü qərar verməlidir.


*Siqaretsiz həyatın gözəlliklərindən bəhs edin. Asılılıqdan qurtulma, daha sağlam bədən, yaxşı idman performansı, gözəl görünüş barədə danışın.


*Bu mövzuda uzmanlardan dəstək alın.


Əgər siz özünüz də siqaret çəkirsinizə:


*Uşaqlar, valideynlərinin danışdıqları ilə etdikləri arasındakı fərqi tez başa düşürlər. Böyüyəndə onlar kimi olmaq istəyirlər. Bu səbəbdən siqaretlə münasibətiniz onlar üçün önəmlidir.


*Öncəliklə siqaretə başlamaqda səhv etdiyinizi və təkrar şansınız olsa heç vaxt başlamayacağınızı bildirin.


*İkinci addım olaraq siqareti siz də tərgidin. Çətin olsa belə övladınıza ən böyük motivasiya budur.




Загрузка...
Həmçinin oxuyun:
Məktəblilərə siqaret satılır - Video

Məktəblilərə siqaret satılır - Video

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Azərbaycanda şagirdlər arasında siqaret çəkənlərin sayı artıb

Azərbaycanda şagirdlər arasında siqaret çəkənlərin sayı artıb

Müəllim məktəbdə siqaret çəkməlidirmi?

Müəllim məktəbdə siqaret çəkməlidirmi?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Ağciyərləri təmizləyən 4 qida

Ağciyərləri təmizləyən 4 qida

Mədə qıcqırmasını aradan qaldıran SADƏ ÜSUL: bir stəkan suya...

Mədə qıcqırmasını aradan qaldıran SADƏ ÜSUL: bir stəkan suya...

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

”Uşaqlara çörək yedirtməyin!” - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

”Uşaqlara çörək yedirtməyin!” - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

6 PEDAQOJİ MƏSLƏHƏT - İTAƏTKARLIQ

6 PEDAQOJİ MƏSLƏHƏT - İTAƏTKARLIQ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət