Azərbaycan Kooperasiya Universitetinin ödənişli əsaslarla təhsil alan tələbələri üçün Təhsil Tələbə Krediti Fondunun (TTKF) təqdimatı keçirilib.
Azərbaycan Kooperasiya Universitetinin ödənişli əsaslarla təhsil alan tələbələri üçün Təhsil Tələbə Krediti Fondunun (TTKF) təqdimatı keçirilib. Tədbirdə fondun fəaliyyəti və gördüyü işlər, həmçinin təhsil kreditinin verilməsi qaydaları haqqında məlumat verilib.
Görüşdə universitetin Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Ümumi işlər üzrə prorektor Tahir Şükürov, Tədris şöbəsinin müdiri Vahid Gərayev, Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, TTKF-in İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov, Fond əməkdaşları, universitetin müəllim heyəti və tələbələləri iştirak ediblər.
Keçirilən görüşdə AKU-nun Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov ilk olaraq çıxış edərək, Fondun fəaliyyətinin əhəmiyyətindən bəhs edib və təqdimat üçün sözü Bəhruz Əzimova verib.
Təqdimat zamanı tələbələrə təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə geniş məlumat verilib, mövcud statistikalar paylaşılıb, gələcək hədəflər və prioritetlər haqqında müzakirələr olunub.
Sonda tələbələrin sualları interaktiv qaydada cavablandırılıb, tələbə və müəllim heyətinin təklifləri dinlənilib və qeydə alınıb.