Təcrübəçi tələbələr İrəvan Müəllimlər Seminaryasının 140 illiyinə həsr olunmuş tədbir keçiriblər
Azərbaycan Dövlət Pedaqoji Universiteninin (ADPU) Məktəbəqədər təhsil fakultəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri pedaqiji təcrübədə olduqları Xətai rayonu A.Məhərrəmov adına 95 saylı tam orta məktəbdə şagirdlərlə birlikdə İrəvan Müəllimlər Seminaryasının 140 illiyinə həsr olunmuş dəyirmi masa təşkil ediblər.
Tədbirdə 8a və 8c sinif şagirdləri , TSP 1802B saylı qrup tələbələri, ADPU-nun Pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova, məktəbin direktor müavini Tahir Ağayev, məktəbin kitabxanaçıları Alidə Hadıyeva və Fəxriyyə Cəfərova iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini T.Ağayev açılış sözü ilə çıxış edərək ADPU-nun təcrübəçi tələbələri ilə bağlı xoş fikirlər söyləyib. O bildirib ki, bu dəyirmi masanın təşkilində hər bir tələbə məsuliyyətlə çalışıb, şagirdlərlə daimi olaraq əməkdaşlıq ediblər.
Tədbirdə tələbələrin İrəvan Müəllimlər Seminaryasının 140 illiyi ilə bağlı şagirdlər üçün hazırladıqları maarifləndirici videoçarxlar nümayiş etdirilib, şagirdlər və tələbələr mözvu çərçivəsində müzakirələr aparıblar.
Tədbirin sonunda Nigar Məmmədova və Alidə Hadıyeva tələbələrə öz tövsiyələrini bildirib, gənclərə bu ilk işlərində uğurlar diləyib, gələcəkdə daha gözəl işlərə imza atmalarını arzulayıblar.
Sonda Məktəbəqədər təhsil fakultəsinin dekanı Şəhla Əliyeva, baş müəllim Nigar Məmmədova, Könül Həsənquliyeva və təcrübəçi tələbələr Nəzrin Şirinova, Sürayə Heydərova, Təhminə Səfərova, Simuzər Bəylərova, Nərmin Qəfərzadə, Pərvanə Şirinova, Lalə Bərmuzi, Nəzrin Şirinova və Nərmin Həsənova məktəbin direktoru Elçin Abdullayev tərəfindən məktəbin sosial həyatında göstərilən fəaliyyətə görə “Təşəkkürnamə” ilə təltif olunublar.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov